Aqolli karyerasını Albaniyada bitirmək istəyir

Sayta qoyulub: 13:10 06.11.2017 (237 dəfə oxunub)

 

Aqolli karyerasını Albaniyada bitirmək istəyir

“Kristian Panuççi məni milliyə çağırdı və inamını nümayiş etdirdi. Ona görə mən bu gün millinin əsas üzvlərindən biriyəm”. Bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib. Albaniyanın “Supersport” telekanalında yayımlanan “Zona Qol” verilişinə danışan 35 yaşlı futbolçu yığmasının Türkiyə ilə qarşıdakı yoldaşlıq oyununa çağırılmamasının səbəbini də açıqlayıb: “Baş məşqçinin Albaniya ilə bağlı uzunmüddətli layihəsi var. O, millidə oynatmaq üçün çox futbolçu olduğunu sübut etməyə çalışır. Yoldaşlıq oyunu olduğundan bu toplanışda iştirak etmirəm”.

Aqolli milli karyerasını bitirmək barədə hələ düşünmədiyini bildirib: “Millidən ayrılmaq? Hələ heç nə deyə bilmərəm. Çünki futbolda proqnoz vermək çox çətindir. Hətta bundan sonra nə qədər oynayacağımı da bilmirəm. Düşünürəm ki, milli komanda ilə uğur qazanmışam. Yığmanın kapitanıyam və Avropa çempionatında oynamışam. Bu mənada hələlik millidən ayrılmağım mümkün deyil”.

Aqolli “Qarabağ”dakı uğurlarından da danışıb: “Çempionlar Liqasında 4 oyun keçirmişik. Komandanın öz məqsədlərinə nail olmasını təmin etmək üçün hər cür səy göstərmək yaxşıdır. Özümü Çempionlar Liqasında görmək məni xoşbəxt edir”.

Adı ölkəsinin “Skenderbeu” klubu ilə hallanan müdafiəçi hələlik “Qarabağ”da qalmaq istədiyini vurğulayıb. Ancaq o, futbolçu kimi nə vaxtsa sabiq klubuna qayıdacağını da istisna etməyib:

“Mənim “Qarabağ”la müqaviləm var. Özümü bu komandada yaxşı hiss edirəm. Nə qədər ki, imkan var, bu komandada qalmaq istəyirəm. Xoşbəxtlikdən karyeram əzində nəyi istəmişəmsə, nail olmuşam. Buna baxmayaraq, futbolda son bir arzum qalıb. Karyeramı “Tirana” ilə daha bir çempionluq qazandıqdan sonra bitirmək istəyirəm. Tiranada gözəl günlər keçirmişəm. Bu komandaya mənim xüsusi hislərim var”.

XƏBƏR LENTİ