Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Maradonanın məşhur 30 sitatı

Sayta qoyulub: 10:27 06.11.2017 (149 dəfə oxunub)

Dünya futbolunun əfsanəsi olan Dieqo Maradonanın ən məşhur 30 sitatını nəzərinizə çatdırırıq.
<section class="entry" entry="2596" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

* Messiylə əlaqə saxlamaq mümkünsüzdür. Hətta Obamayla telefonda danışmaq daha asandır.

* Mənim və ya Pelenin dünyanın ən yaxşı futbolçusu olmasıyla bağlı debat baş tutmayacaq. Hamı mənim daha üstün olduğumu təsdiqləyər.

* Platini fransızdır, biz isə onların necə insan olduğunu yaxşı bilirik. Fransızlar həmişə özlərini başqalarından üstün sayır.

* Bəli, Roma Papasına qarşı çıxdım. Vatikana gəlib damların dam örtüklərin qızıldan olduğunu gördüm. Daha sonra isə Papanın “kilsə kasıb uşaqların qeydinə qalır” ifadəsini eşitdim. Lənət şeytana, dam örtüklərini sat və onlar üçün nəsə etməyə çalış!

* Homoseksualların olması çox yaxşıdır. Nəticədə bizə daha çox gözəl qadınlar qalır.

* Yalnız iki övladımı – Dalma ilə Caninanı qəbul edirəm. Başqaları isə pulumun və səhvlərimin məhsuludur.

* İnsanlar mənə səs verib, buna görə də mükafatımı Peleylə bölüşmək fikrində deyiləm. Ümumiyyətlə, bu qəniməti heç kimlə bölüşmək istəmirəm.

* Peleyə muzeyinə dönməyi məsləhət görürəm.

* Bəlkə Suaresi Kyellinini dişlədiyinə görə Quantanamo həbsxanasına salaq?! Məgər Luis kimisə öldürüb? Bu futboldur, oyunçuların mübarizə aparması üçün şərait yaradılmalıdır. FİFA bu hərəkətləriylə mafianı xatırladır.

* Peleyə görə 4 futbolçu ağır zədələnib. Bekkenbauer isə fürsət tapan kimi dirsəyiylə rəqiblərinə zərbə endirirdi.

* Hətta Braziliyanın ən yaxşı idmançıları siyahısında Pelenin adı Ayrton Sennadan sonra gəlir. O, həm dünya futbolunda, həm də Braziliya idmanında ikinci olmağa məhkumdur!

* FİFA-nın Peleyə təqdim etdiyi mükafat bir zibilə yaramır.

* Həyat yoldaşıma heç vaxt xəyanət etməmişəm. Ancaq lap etsəydim belə, bunu heç vaxt etiraf etməzdim.

* Müalicə olunduğum psixiatrik xəstəxanada xəstələrdən biri özünü Napoleon, başqası isə San Martin hesab edirdi. Maradona olduğuma isə heç kim inanmırdı.

* Siyasətçilər seçkidə pulun, Kastro isə silahın hesabına qalib gəlib. Çünki onun xayaları var! Kubanı sevirəm!

* Bu zirvəyə çatmaq üçün çox işləməli olmuşam. Kimsə bu faktı inkar edirsə, arxamı öpə bilər.

* Tanrı yalnız özü-özünə kömək edənlərin yardımçısı olur.

* Oğrunu soyan hər kəs bağışlanmağa layiqdir.

* Narkotik maddələr qəbul etdiyim üçün qızlarımın necə böyüdüyünü görə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacam.

* Argentinada siyasətçilər varlı, xalq isə çox kasıbdır. Mənə bir neçə dəfə siyasətə qatılmaq təklifi gəlsə də, hər dəfə “yox” cavabını vermişəm. Çünki xalqımdan oğurluq etmək istəmirəm.

* Vatikan mənim üçün böyük bir yalandır, çünki Roma Papaları adamlara nəsə bəxş etmək əvəzinə onlardan hər şeyi alır. Bu sözlər daha əvvəlki bütün Papalara aiddir və mən Fransiskin bu yolla getməsini istəməzdim.

* Ölsəm, yenidən dünyaya Dieqo Armando Maradona kimi gələcəm. Azarkeşlərə xoşbəxtlik bəxş edən futbolçuyam və mənim üçün bu kifayətdir.

* Anam hamıdan yaxşı olduğumu deyir. Mən isə onunla mübahisə etməyi xoşlamıram.

* Qızım Canina “ata niyə daha əvvəlki kimi oynamırsan” sualını verdi. Həmin an özümü ayaqlarımın bədənimdən ayrılmış kimi hiss etdim.

* Yadda saxlayın ki, Menotti, Bilardo və Maradona kimi məşqçilər gəldi-gedərdi. Əsl qaliblər həmişə futbolçular olur.

* Çalışdırıcı komandasının qələbəsinə rəqibi daha da məyus etmədən sevinməlidir.

* Yenidən yığmanı çalışdırmaq üçün əlimi və hətta həyatımı qurban verməyə hazıram. Məncə, qayıtmaq üçün şansım var. Almaniyadan qisas almaq hissiylə alışıb-yanıram.

* Aktyoram,çünki istədiyim kimi yaşayıram! Adətən aktyorlar onlara verilən mətnləri oxuyur, elədir? Ancaq mən bu mətni oxumuram. Mən yaşayıram və oyunum da bundan ibarətdir.

* Yığmanın futbolkası dərimin ayrılmaz hissəsinə çevrilib. Və həyatımın sonunadək belə olacaq.

* Dünyanın geridə qalmış ölkələrində Bekhem kimi yüzlərlə gənclər küçələrdə top qovur. Azarkeşlər isə bundan xəbərsizdir.

 

Maradonanın məşhur 30 sitatı

 

 

bombardir.az

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat