Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bir “kültür”lü yazarın düşük yazısı və ona verilən cavablar

Sayta qoyulub: 10:26 21.10.2017 (272 dəfə oxunub)

Türkiyədə çıxan “Sabah” qəzetinin futbol yazarı Mevlut Tezelin “Qarabağ”-“Atletiko” matçında çəkilmiş bir fotonu götürərək, “Ən əzik koreoqrafi” başlıqlı yazı yazması və “Qarabağ” klubunu aşağılaması ölkəmizin futbol azarkeşlərini hiddətləndirib.

 

 

Bir “kültür”lü yazarın düşük yazısı və ona verilən cavablar

 

 

Belə baxanda bir şey deyil, bir futbol yazarı gözünə dəyən bir detala bir az artıq diqqət yetirib, bu ona maraqlı görünüb.

Amma düşünəndə ki, bir futbol yazarına “maraqlı” görünən şey bizim 25 ildən bəri üstü qaysaq bağlamayan yaramızdır və bu adam o yaraya duz səpir, o zaman ona qarşı yönələn nifrət oxlarının, hiddət selinin haradan qaynaqlandığı bilinər.

Həm də nə baş verib axı. Yeddi futbol azarkeşi öz təşəbbüsləri ilə yeddi a4 formatlı kağız götürüblər, hər kağıza kompüterdə bir hərf (Q, A, R, A, B, A, Ğ) yazıb printerdə çap ediblər, sonra da stadionda yan-yana tutub qaldırıblar. Nə olsun? Bu əziklik, səviyyəsizlikdir?
Hər gün dünyada yüzlərlə futbol matçı olur, mllyonlarla azarkeş stadiona gedir, minlərlə tərəfdar adi göy, qırmızı, qara flomasterlə vatman kağızlara istədikləri bir şey yazır, stadionda qaldırırlar, telekanallar da bunları çəkib hamıya göstərirlər, nə heç kəsin xəncərinin qaşı düşmür, nə də kimsə bunu “əziklik”, “kasıblıq” adlandırmır.

Hər azarkeşin stadiona yüz, min manatlıq (avroluq) transparantlarla, dəm-dəsgahla gəlməli olduğuna dair nə bir direktiv var, nə də bir ənənə.

Bunlar heç. Bir futbol yazarının o qədər möhtəşəm, sensasion nəticə ilə bitmiş oyunda diqqətini çəkən şeyə bax. Adam “Atletiko”nun dünya şöhrətli qolçusu Qrizmandan, meydanda açıq-aşkar haqsızlığa məruz qalan Dino Ndloudan yaza bilərdi, amma o bütün bu maraqlı detallara fikir verməyib, gözü a4 formatlı kağızlarda qalıb.

 

Bir “kültür”lü yazarın düşük yazısı və ona verilən cavablar

 

Belə birinin durub bizə “futbol kültürü”ndən danışmasının heç yeri yoxdur. Çünki onun öz ölkəsində də “futbol kültürü” üst səviyyələrdə deyil, bir şəhərin iki böyük klubu qarşılaşanda azarkeşlər stadiona dönər bıçağı ilə gedirlər, ya oyundan əvvəl, ya da sonra bıçaqlaşırlar. Stadiona ekvatoru iki dəfə dolaşacaq qədər lent aparanlar olur, onlar bunu oyun əsnasında meydançaya atırlar. Yandırıcı, partladıcı maddələr keçirən, oyunun ortasında onları tribunada partladan, ya da birbaşa meydana tolazlayıb yanğın çıxaranlarla, budur, 25 ildir polis də bacarmır. Sırf bu üzdən oyunlar yarımçıq dayandırılır, UEFA klublara iriməbləğli cərimələr kəsir, komandalar “tamaşaçısız oyun”lar seriyası keçirməli olurlar. İndi bu “futbol kültürü”dür?

Biri “Qalatasaray”, o biri “Fənərbağça” (ya da “Beşiktaş”) klubunun tərəfdarı olduğu üçün illərdir danışmayan qardaşlar, ata-oğullar, əmioğlular var. Futbol fanatizminin ərşə dirəndiyi yerdə hansı “futbol kültürü”ndən danışmaq olar? Əksinə, danışıb, yazıb, mübarizə aparıb bu fanatizmin, mədəniyyətsizliyin sonuna varmaq lazımdır.

Mevlut Tezel bu məsələdə heç olmasa ispan və rus şərhçilər qədər ədalətli, anlayışlı ola bilərdi, amma olmayıb.

Görünür, bu müəllif “axına qarşı üzənlər”dən, yaxud da hər zaman orijinal görünmək, hamının yazdığından yazmaq istəməyən tiplərdəndir. Belələri hər ölkədə və hər qəzetdə var.

Ona görə də bu tipin yazdığını qardaş Türkiyənin bütün mediasının mövqeyi kimi qarşılamaq, ümumiləşdirmə aparmaq olmaz.

Hiss olunur ki, ölkəmizdə olan və daima anti-Türkiyə səciyyəli paylaşımlar edən şəxslərin, birliklərin əlinə fürsət düşüb, onlar Mevlut Tezelin divara yapıdğı təzəkdən yararlanmağa çalışır, Azərbaycan-Türkiyə qardaşlığını “vuran” statuslar yazır, öz aləmlərində ortalığı qarışdırırlar. Amma bu keçməz. 80 milyonluq dövləti bir futbol yazarı təmsil etmir, edə bilməz.

Onun yazdığı o cızma-qara artıq “Sabah” qəzetindən də silinib. Onlar öz səhvlərini gec də olsa anlayıblar, başa düşüblər ki, birincisi, bu, çox düşük söhbətdir, ikincisi, qardaş dediyin ölkənin 1 nömrəli futbol klubunu, ölkənin simvolu halına gəlmiş, milli komandadan artıq sevilən, hər kəsi birləşdirən bir komandanı aşağılamaq yolverilməzdir, ciddi təpkilər doğura bilər.

Hər kəs bilməlidir ki, “Qarabağ” təkcə futbol klubu deyil. O, böyük Qarabağın rəmzidir, o futbolçular isə Qarabağ davasının qladiatorlarıdır.

 
 
Xalid Kazımlı
Musavat

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat