"Azərreyl" daha 2 voleybolçu ilə müqavilə bağladı

Sayta qoyulub: 14:42 19.10.2017 (252 dəfə oxunub)

"Azərreyl" daha 2 voleybolçu ilə müqavilə bağladı

“Azərreyl” daha 2 voleybolçu ilə müqaviləni rəsmiləşdirib. Artıq yeni mövsümün hazırlığına başlayan “dəmiryolçular” almaniyalı Maqdalena Qrika və gənclərdən ibarət millimizin üzvü Nərmin Fərəcova ilə güclənib.

23 yaşlı Qrika Polşanın “Belsko-Byala” klubundan transfer olunub. 178 sm boya malik oyunçu toppaylayıcıdı. Polşa əsilli Maqdalena Almaniyanın aşağı yaş qruplarının formasını da geyinib və 2 dəfə dünya birinciliyinin finalında oynayıb.

Fərəcovanın transferi isə onun yığma üçün yetişməsinə hesablanıb. Ötən il “Lokomotiv”də oynayan libero aparıcı oyunçular arasında təcrübə toplamalıdı. Beləliklə, “Azərreyl”in hələlik rəsmiləşdirdiyi “onluq” aşağıdakı kimidi:

 Hücumçular: Yekaterina Jidkova, Anna Dovhopolyuk, 

Blokçular: Aynur Kərimova, Ayşən Abduləzimova, Stetlana Dorsman
Toppaylayıcılar: Maqdelana Qrika, Şəfaqət Həbibova,
Liberolar: Valeriya Məmmədova, Ceyran Əliyeva, Nərmin Fərəcova

XƏBƏR LENTİ