Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Dieqo Simeone: "Qarabağ" müdafiədən hücuma yaxşı çıxırdı"

Sayta qoyulub: 20:58 18.10.2017 (120 dəfə oxunub)

Dieqo Simeone: "Qarabağ" müdafiədən hücuma yaxşı çıxırdı"

 

Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Qarabağ”la heç-heçə edən (0:0) “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oyunsonrası mətbuat konfransı təşkil edilib.

Argentinalı mütəxəssis birbaşa sualları cavablandırıb:

 

- Gözlənilməz nəticə idi. Niyə belə oldu?
- Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın üzərində təzyiq yaratdı. Komandada xal itirmək qorxusu yarandı ki, sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

 

- “Qarabağ”ın oyunu barədə nə deyə bilərsiz?
- Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç) oyununu fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini zərərsizləşdirdi. Bundan əlavə, “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı.

 

- Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün “Atletiko”da nə çatışmırdı?
- Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdu. Sadəcə, yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da, ikinci hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq, sadəcə, qol vura bilmədik.

 

- Necə düşünürsüz, bu gün “Qarabağ” 1 xal qazandı, yoxsa “Atletiko” iki xal itirdi?
- Buna cavab verə bilmirəm. Tənqid edən jurnalistlər var, bu suala onlar cavab verə bilər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da, onlarda alınmadı.

 

- “Atletiko” 4 oyundu qələbə qazana bilmir. Bu oyunlarda gücünə görə yalnız “Barselona”nı xüsusi fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiz ki?
- Xeyr, bu məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat