Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Hollandiya futbolunun problemləri

Sayta qoyulub: 12:42 13.10.2017 (238 dəfə oxunub)

Hollandiya yığması ciddi böhran yaşayır: iki il əvvəl AÇ-2016-ya vəsiqə qazana bilməyən “narıncılar” bu dəfə DÇ-2018-in pley-offuna çıxmadı.
<section class="entry" entry="1664" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

 

Gəlin bu komandanın problemlərinə nəzər salaq.

Məşqçilər

Braziliyadakı mundial Lui van Qal və onun komandasının benefisinə çevrildi: ispanlar üzərində 5:1 hesablı parlaq qələbə, Van Persinin möhtəşəm qolu, penalti seriyasından əvvəl qapıçıların rotasiyası və sonda qazanılan bürünc medallar. Bütün bu uğurlar “narıncılar”a xas olmayan 3-5-2 taktikasıyla əldə olundu. Van Qalın gedişindən sonra hamı düşünürdü ki, milliylə pis heç nə baş verməyəcək. Hər şey artıq planlaşdırılmışdı: Fransadakı qitə çempionatında sehrbaz rolunu Hiddink oynamalı, Rusiyadakı mundiala isə komandanı onun köməkçisi Blind hazırlamalı idi. Ancaq işlər qaydasında getmədi.

Hər oyundan sonra yığmanın azarkeşlərini məyusluq gözləyirdi. Yerli qəzetlər və telekanallar “narıncılar”ın oyununu “ideyasızlıq”, “ümidsizlik” və “rüsvayçılıq” sözləriylə ifadə edirdi. Hiddink problemi həll etmək üçün hər dəfə fərqli heyəti meydana buraxsa da, vəziyyəti düzəldə bilmədi və sonda istefaya göndərildi. Bu da Blindin baş məşqçi postuna gözləniləndən əvvəl təyin olunmasına gətirdi. Amma sözügedən dəyişiklik heç bir nəticə vermədi. Əksinə yığma daha pis təsir bağışlamağa başladı və əsas rəqibləri olan İslandiya, Türkiyə və Çexiyaya məğlub olmaqla qrupda yalnız 4-cü oldu. Lakin Danni postunda qaldı: federasiya rəhbərliyi Hiddinki günahkar bildi və gənc mütəxəssisə daha bir şans verdi. Nəticədə bu ilin martında Bolqarıstana məğlubiyyətdən Blindin işinə son verildi.

Maraqlıdır, görəsən, federasiya niyə belə qəribə məşqçi seçimləriylə yadda qaldı? Əlbəttə, Hiddinkin vaxtilə qazandığı uğurları və səviyyəsini heç kim şübhə altına almır. Sadəcə, o köhnə holland məktəbinin nümayəndəsidir, bu futbol isə artıq keçmişdə qalıb. Yox, Quus hələ də BƏƏ, Çin, ya da Trinidad və Tobaqo ilə sensasiyaya imza ata bilər, ancaq Hollandiya millisində çalışmaq artıq onluq deyil. Deyə bilərsiz ki, bəs yeni nəslin nümayəndəsi olan Blind niyə uğur qazanmadı? Çünki bu bəlkə də mümkün seçimlər arasında ən pisi idi. Danninin nə təcrübəsi, nə xarizması, nə də statusu var. Elə bir faktı qeyd etmək bəsdir: Blind yığmanın baş məşqçisi olmazdan əvvəl cəmi bir dəfə - 2005/06 mövsümündə “Ayaks”da analoji postu tutmuşdu.

Özü də ki, Hollandiya çalışdırıcı baxımından qətiyyən korluq çəkmir. Məsələn, Peter Boş keçən mövsüm 4-3-3 taktikasıyla “Ayaks”ı Avropa Liqasının finalına çıxardı, indi isə rəhbərlik etdiyi Dortmund “Borussiya”sı bundesliqa liderdi. Ya da 2015/16 mövsümündə Erediviziyanın ən yaxşı baş məşqçisi seçilən və ləqəbi “holland Qvardiola” olan Erik ten Haqa şans vermək olardı. Uzun illərdən sonra “Feyenoord”a çempionluq bəxş edən Covanni van Bronkhorst variantı da var. Təbii ki, Kumanın namizədliyini də unutmaq olmaz. Ancaq görünür ki, federasiya rəhbərliyi fərqli fikirdədir.

Menecerlər

İstənilən futbol federasiyasındakı kimi, Hollandiya Kral Futbol İttifaqında da (HKFİ) idarəçilərin sayı çoxdur. Amma bizi daha çox iki fiqur – Bert van Ostven ilə Hans van Brekelen maraqlandırır.

Van Ostven 2010-cu ildə HKFİ-nin peşəkar futbol bölməsinin direktoru vəzifəsini tutdu. Onun vaxtında federasiya yaxşı qazanc əldə etdi. Həmçinin Hollandiya qadınlar arasında qitə birinciliyini, Amsterdam şəhəri isə AÇ-2020-nin bəzi oyunlarını keçirmək hüququnu qazandı. Vaxtilə Van Qalı yığmanın baş məşqçi postuna təyin edən də məhz Van Ostven olmuşdu. Lakin daha sonra Hiddinklə Blində üstünlük verməklə ciddi səhv etdi.

Hələ Braziliyadakı DÇ-dən əvvəl holland mətbuatı Kumanı Van Qalın əvəzliyici adlandırırdı. Təbii, başqa namizədlər də var idi, ancaq Kuman aşkar favorit idi. Çalışdırıcı da bu postda işləmək istədiyini gizlətmirdi. Amma Van Ostven ilə həmkarları bu eskperimentə cürət etmədi və “təhlükəsiz variant” sayılan Hiddinkə üstünlük verdi. “Gənclərə yol vermək lazımdır” iradına isə Van Ostvenin cavabı belə olmuşdu: “Quus Blindin simasında özünə əvəzləyici hazırlayacaq” . Bu ikili səhv menecerin istefaya göndərilməsiylə nəticələndi. Keçin ilin payızında onun yerini Geys de Yonq tutdu. Klublarla daha sıx əməkdaşlıq etmək üçün yaradılan texniki direktor vəzifəsində isə AÇ-1988-in qalibi Hans van Brekelen işləməyə başladı.

Əfsanəvi qapıçı bu postda nə ilə yadda qaldı? Yığmanın baş məşqçisinin köməkçiləri Van Nistelrooy ilə Van Basten, meneceri Hans Yorritsma, qapıçılarla işləyən məşqçi Arno van Zvam, qadınlardan ibarət millinin məşqçisi Aryan van der Lan ilə meneceri Minke Boey, direktorun köməkçisi Yelle Qus, həmçinin məşqçilik məktəbinin lektorları Ron Yansla Leon Vlemminqs istefaya göndərildi. Van Brekelenin ən qəribə qərarı isə Advokaatın yığmaya gətirilməsi oldu. Özü də çalışdırıcının son illərdə “Sanderlend”, “Fənərbağça” və Serbiya millisindəki uğursuz nəticələrini yada salsaq, bu təyinat əvvəldən absurd görünürdü. Yeri gəlmişkən, Van Brekelen bu ilin avqustunda postunu tərk etsə də, yeni texniki direktorun adına hələ də aydınlıq gəlməyib. Bu isə HKFİ-dəki ciddi böhranın olduğunu bir daha sübut edir.

Nəsildəyişmə prosesi və kadrların hazırlıq sistemindəki səvhlər

Gec-tez bütün yığmalar bu problemlə üzləşir. Bəzən bu proses elə də hiss olunmur, ancaq çox vaxt olduqca ağrılı keçir.

Robben, Sneyder, De Yonq, Van Persi, Huntelaar kimi futbolçular qocalır, bu təbiidir. Gənc futbolçuların müəyyən ana qədər yığma səviyyəsində özünü sübut edə bilməməsi də normal haldır. Hər halda, 17 yaşlı De Liqtdən kim daha artığını tələb edə bilər ki? Anormal olan kadrların hazırlıq sistemində buraxılan səhvlərdir.

Əvvəllər adından söz etdirən holland futbolçunun karyerası çox vaxt belə inkişaf edirdi: öncə nəhəng (“Ayaks”, PSV və ya “Feyenoord”) və ya ortabab komandanın əvəzedici heyətində oynayır, ardınca doğma və ya yerli top-klubda çıxış edirsən, daha sonra isə aparıcı liqalara yollanırsan. Gəlin bir sıra “ulduz”ların Erediviziyanı neçə yaşda tərk etməsinə baxaq: Davids - 23, Van Der Sar - 29, Reyziger - 23, Frank de Bur - 28, Van Der Vaart - 22, Koku - 28, Van Bommel - 28, Sneyder - 23, Huntelaar - 25, Strootman - 23, Blind - 24, Küyt - 26, Makaay— 22, Van Bronkhorst - 23, Van Nistelrooy - 25.

İndi isə ilk uğurlu mövsümdən sonra Avropaya yollanmaq normal hala çevrilib. Məsələn, son illərdə Boetiyus, Letshert, Əl-Qazi, Kişna, Bazuru xatırlamaq olar. Hələlik onlardan heç biri xaricdə adından söz etdirə bilmir (Boetiyusla Kişna isə ümumiyyətlə, artıq qayıdıb). Dostla Van Volfsvinkel da bir vaxtlar oxşar səhvə yol verdilər. Bergheys “Alkmaar”da bir qədər yaxşı oynamağa başlayan kimi premyer-liqaya yollandı, ancaq “Uotford”da cəmi 9 matç keçirdi və vətəninə qayıdıb “Feyenoord”la çempion oldu. Bəzən isə holland futbolçular əsas komandanın heyətində bir oyuna çıxmadan xaricə yollanır və özünü bədbəxt edir.

Çempionatın səviyyəsi və maliyyə problemləri

Erediviziya heç vaxt top-çempionat sayılmayıb. “Ayaks”, PSV, “Feyenoord” və başqaları mövcuddur. Təbii ki, “Alkmaar”, “Herenven” və ya “Tvente” kimi komandalar da bəzən sürpriz etməyə qadirdir. Ancaq ilk “üçlük”lə qalan klublar arasındakı uçurum çox böyükdür. Sadəcə məsələ ondadır ki, bu üç klubun özündə də problemlər var.

Holland klubların bu mövsümdə avrokuboklardakı nəticələrinə baxsaq, hər şey aydın olacaq. ÇL-in təsnifat mərhələsində “Nitsa”ya uduzan “Ayaks” sonradan AL-in pley-offunda “Rusenborq”a uduzdu. PSV Xorvatiyanın “Osiek” klubuna məğlub oldu. “Utrext” layiqli mübarizə aparsa da, “Zenit” səddini adlaya bilmədi. “Feyenoord”la “Vitess” uyğun olaraq ÇL və AL-in qruplarına vəsiqə qazandı. Amma bu klublar iki turdan sonra xal toplaya bilməyib və böyük ehtimalla pley-offa vəsiqə əldə etməyəcək. Hazırda Hollandiya UEFA-nın əmsallar cədvəlində 11-ci yeri tutur. Uçuruma cədi bir neçə addım qalıb.

Əksər holland klubları teleyayımdan qəpik-quruş qazanır. Hər halda, “FOX Sports”dan əldə olunan 5-6 milyon Avropanın top-5 liqasıyla müqayisəyə belə gəlmir. 3-cü divizion klubları artıq neçə ildir müvafiq lisenziyanı ala bilmədiyinə görə ikinci liqaya yüksələ bilmir. “Tvente” maliyyə ilə bağlı məsələlərə görə az qala peşəkar klub statusunu itirəcəkdi, “Alkmaar” sponsorun müflisləşməsindən sonra büdcəsini xeyli azaltmalı oldu. Elə “Feyenoord”un özü belə bir neçə il əvvəl az qala müflis olacaqdı. İndi bu yolda “Den Haaq” inamla irəliləyir, “Roda” da ciddi problemlər yaşayır.

Skandinaviyanın istedadlı futbolçuları artıq elə də həvəslə Hollandiyaya yollanmır. Səbəb maaşın azlığıdır. Hətta “Ayaks”la “Feyenoord”da belə ildə bir milyon avrodan çox qazana bilməyəcəklər, ortabab klublardan isə danışmağa dəyməz. Nəticədə əksər yerli gənc futbolçular Erediviziyada qalmağa səbəb görmür. Söz yox, Hollandiya əla futbol məktəbinə malikdir, ancaq burda çox pul qazana bilməzsən. Üstəlik, liqanın səviyyəsi də yüksək deyil. Agentlərdən yaxşı təklif gələn kimi, oyunçular ölkəni tərk etmək qərarına gəlir. Amma onların heç də hamısı top-çempionatlara uyğunlaşa bilmir. Çünki orda artıq legioner sayılırlar və potensialını dərhal ortaya qoymaq məcburiyyətindədirlər. Əks halda, ikinci şansı əldə etməyə bilərlər. Bu isə gənc futbolçuların psixikasını sındıra bilər. Bir sözlə, liqanın səviyyəsi də yığmaya təsiri göstərən amildir.

 

Hollandiya futbolunun problemləri

 

 

bombardir.az

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat