Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Paulo Dibala: Messi ilə Ronaldonun bir nömrəli xələfi?

Sayta qoyulub: 09:16 11.10.2017 (320 dəfə oxunub)

2015-ci ilin iyun ayında “Yuventus”a transfer olunan Dibala çox keçmədən Palermo şəhərinə qayıtdı.

 

Səbəb sadə idi: Siciliyada futbolçunun çoxsaylı dostları qalmışdı. Gənclər vaxtını xoş keçirmək üçün şəhər çimərliyində görüşdü, ancaq bir saat keçmədən ora çoxlu insanlar toplaşmağa başladı. Xeyr, onlar heç də “Yuve”yə keçən Pauloya etiraz etmək fikrində deyildi. Əksinə, azarkeşlər argentinalı futbolçunu təbrik etməyə gəlmişdi.

Bu ilk baxışdan qəribə görünə bilər, çünki “Yuventus” İtaliyanın ən sevilməyən klubudur. Ancaq Dibala hamının rəğbət bəslədiyi futbolçudur. İki həftə əvvəl “Sassuolo” azarkeşləri də bunu sübut etdi. Paulo “qırmızı-yaşıllar”ın qapısına 3 qol vursa da (yeri gəlmişkən, bu argentinalının cari mövsümdə ikinci het-triki idi), yerli fanatlar ona qətiyyən acıqlanmadı. Hətta hücumçu əvəzlənərkən stadiona toplaşan 20 min azarkeş onu alqışlarla yola saldı. İtaliyada az sayda futbolçu belə şərəfə nail olur.

Dibala hücumda gözəl oyunla yadda qalır, çoxlu qollar vurur (bu mövsüm A seriasında onun hesabında artıq 10 qol var) və üstəlik, Argentina yığmasının şərəfini qoruyur – belə olan halda, Messi ilə müqayisə qaçılmazdır.

 “Yuventus”un forvardı artıq bu tip söz-söhbətlərdən yorulduğunu gizlətmir: 

“Mən Dibalayam. Əlbəttə, Lionel ilə müqayisə olunmaq xoşdu, amma o əfsanədir. Messi dünya futbolunda heç kimin edə bilmədəyini bacarıb. Buna baxmayaraq, “ikinci Messi” olmaq istəmirəm. Başqalarıyla müqayisə olunmaq xoşuma gəlmir, öz yolumla gedəcəm və kuboklar qazanacam”.

23 yaşlı Paulo artıq bir idmançı kimi tam formalaşdığını və ən çətin sınaqlara hazır olduğunu göstərib. Hücumçu keçən mövsüm Çempionlar Liqasının 1/4 finalında “Barselona”yla matçda dubl etməklə səviyyəsindən söz etdirib. Həmin qələbədən sonra Canluici Buffon komanda yoldaşının ünvanına təriflər yağdırıb:

 “Dibala son iki il ərzində çox inkişaf edib. Dünyanın ən yaxşı 5 futbolçusundan biri olduğunu düşünürəm. Ola bilsin, hətta ilk “üçlük”dədir”. 

Buffon Paulonun gələcəkdə daha böyük uğur qazanacağına əmindir.

Bu mövsüm A seriasında geridə qalan 7 turdan sonra Dibala bombardirlər cədvəlinə başçılıq edir. O, həmçinin “WhoScored” portalının versiyasına görə hələlik turnirin ən yaxşı futbolçusudur. “Yuventus”un baş direktoru Cüzeppe Marotta indidən argentinalını gələcəkdə klubda saxlamağın çox çətin olacağını başa düşür. Turinlilərin 10 nömrəsi artıq “ulduz”dur, ancaq o sakitləşmək haqda qəti düşünmür. Paulo mükəmməl futbolçu olmadığını anlayır. Hücumçu özü də etiraf edir ki, ən böyük çatışmazlığı sağ ayaqla oyunudur. Təsadüfi deyil ki, Dibala bu mövsüm hesabındakı 10 qoldan 9-nu sol ayaqla vurub.

Forvard potensialını tam reallaşdırmaq üçün hər iki ayağından effektli şəkildə istifadə etməli olduğunu yaxşı başa düşür: 

“Solaxayam, hətta dişlərimi belə sol əllə fırçalayıram. Ancaq hər gün sağ ayağımı məşq etdirirəm. Kriştiano Ronaldo həm sol, həm də sağ ayağından yaxşı istifadə etdiyi üçün yüzlərlə qollar vurub. Futbolçu yalnız bir ayaqla qapıya zərbə endirirsə, rəqibləri onun oyununu daha asan oxuyur. Həmçinin meydanı daha yaxşı görmək üçün hər gün gözlərimi məşq etdirirəm. Daha da güclü olmaq üçün üzərimdə dəli kimi çalışıram”.

Dibala “Palermo”da oynayarkən Cennaro Qattuzo ona meydanda gövdəsindən yararlanmağın necə vacib olduğunu başa saldı və idman zalında daha çox işləməyi məsləhət gördü. 

“Rino” Pauloya ayaqlarını həddən artıq yükləməməyi tapşırsa da, argentinalı bu məsləhətə qulaq asmadı. “Yaxşı ki, bu məsələdə öz bildiyim kimi etdim. İndi çox güclü ayaqlara sahibəm”, - deyə hücumçu bildirib.

“Yuventus”un forvardı A seriasının 3-cü turunda “Kyevo” ilə matçda ikinci hissədə meydana çıxsa da, rəqib qapısına yol tapa bildi. Oyundan sonra “uçan uzunqulaqlar”ın qolkiperi Stefano Sorrentino Dibalanın ünvanına xoş sözlər dedi:

 “Paulonun çıxışı məni təəccübləndirmədi. İki il yarım ərzində “Palermo”da oynamışıq, məşqlərdə onun zərbələrindən necə əziyyət çəkdiyimi heç təsəvvür edə bilməzsiz. Dibala gələcəkdə dünyanın ən yaxşısı və “Qızıl top” mükafatının qalibi olacaq. Onda bunun üçün lazım olan hər şey var”.

Argentinalı həqiqətən uğurun qazanılması üçün bütün vacib keyfiyyətləri özündə cəmləşdirir. Əlbəttə, hazırda Ronaldo və Messi əlçatmaz görünürlər, ancaq onlar əbədi deyil. Kriştiano ilə Lionel maksimum daha 2-3 mövsüm “Qızıl top”a iddia edəcəklər. Sonra isə yeni qəhrəmanların vaxtı gələcək. Dibala bu mənada əsas namizədlərdən biridir.

“Yuventus”un forvardı özündə Messinin istedadı və Ronaldonun məqsədyönlülüyünü birləşdirir. Təbii ki, bu onun dünya futbolundakı əsas fərdi mükafata ardıcıl bir neçə dəfə sahib çıxacağı mənasına gəlmir. Çünki Kriştiano ilə Lionelin gedişindən sonra “Qızıl top” uğrunda rəqabət daha da artacaq. Amma Dibala ən azı bir dəfə arzusuna çatacaq. XXI əsrin ən güclü iki futbolçusunun karyeralarını bitirməsindən sonra “France Football” jurnalının “Qızıl top” mükafatını təqdim edəcəyi ilk argentinalı futbolçu məhz Dibala olacaq.

Paulo Dibala: Messi ilə Ronaldonun bir nömrəli xələfi?

 

Rəşad Yusifov

bombardir.az

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat