Millətlər liqası: Milli komandamız sonuncu divizionda oynayacaq

Sayta qoyulub: 08:07 11.10.2017 (503 dəfə oxunub)

Millətlər liqası: Milli komandamız sonuncu divizionda oynayacaq

 

 

Dünən keçirilmiş oyunlardan sonra Millətlər liqasında 4 divizionun tərkibi müəyyənləşib.Xatırladaq ki, yeni turnirə gələn ilin sentyabrın 6-da start veriləcək. Son oyun günü isə 2019-cu ilin iyun ayıdır.Püşkatma mərasimi 2018-ci ilin yanvarın 24-də Lozannada baş tutacaq.

 

 

Kimlər iştirak edir

 

Liqada 55 komanda iştirak edir.Onlar əmsala uyğun olaraq  (bu FİFA-nın reytinqi deyil) 4 diviziona  – А, В, С və D divizionuna bölünəcəklər. Əmsal UEFA-nın bu il seçmə mərhələ oyunlarının bitdiyi bugünki tarixdəki reytinqə uyğun olacaq.

 

Avropa milli komandalarının əmsalı 2014-cü il dünya və 2016-cı il Avropa çempionatının , həmçinin 2018-ci il dünya çempionatının seçmə oyunlarına əsasən hesablanır.Son günlərdəki oyunlardan sonra divizionlarda yerdəyişmələr olub və onların tərkiblri təsdiqlənib.Dəyişikliklərdən biri də millimizin yeri ilə bağlıdır. Komandamız 2 oyunda məğlubiyyətdən sonra daha aşağı diviziona düşərək daha zəif komandalarla oynayacaq.

 

 А divizionunda reytinqin ilk 12 komandası yer alacaq. Buraya Almaniya , Portuqaliya , Belçika , İspaniya, İsveçrə , Fransa , İngiltərə , İtaliya , Polşa , Xorvatiya , İslandiya və Hollandiya daxildir. Son andakı dəyişilik Hollandiyanın divizionda Uelsin yerinə keçməsidir. Divizonun daxilində 3 komandadan ibarət 4 qrup təşkil ediləcək.

 

В divizionuna növbəti 12 komanda  – Rusiya , Şimali İrlandiya , Slovakiya , İsveç , Uels, Ukrayna , Bosniya , Avstriya , Türkiyə , İrlandiya , Danimarka və Çexiya daxildir.Burda da divizion daxili qaydalar eynidir.

 

C divizionunda 15 komanda  – Sloveniya , Albaniya , Monteneqro , Serbiya , Şotlandiya , Macarıstan, Rumıniya , Yunanıstan , Bolqarıstan , İsrail , Norveç , Kipr , Finlandiya , Estoniya və Litva olacaq.Bu divizionda 1 qrupda 3 , digərlərində isə 4 komanda iştirak edəcək.

 

Nəhayət reytinqin son 16 komandası D divizionunda iştirak edəcək. Bunlar Azərbaycan, Belarus , Gürcüstan , Ermənistan , Makedoniya , Moldova , Lüksemburq , Latviya , Litva , Qazaxıstan , Lixtenşteyn , Andorra , Malta , Kosova , San Marino və Cəbəllütariqdir. Onlar 4 millinin yer alacağı 4 qrupda mübarizə aparacaqlar.

 

Divizionların heyəti daimidir. Onlar bundan sonra reytinqə görə deyil nəticələrə görə dəyişəcək. Divizionlar arasında yerdəyişmələr olacaq. Hər diviziondan ən zəif 4 komandanı aşağı diviziondakı 4 güclü komanda əvəz edəcək.

 

 

Bu necə baş verəcək

 

2018-ci ilin sentyabrından noyabrına qədər qruplarda oyunlar keçiriləcək (evdə və səfərdə).

 

В, С və D divizionlarında qrupların qalibləri 1 divizion yüksələcəklər. A,B və C divizionlarındakı autsayderlər isə 1 divizion aşağı düşəcəklər.

 

A divizionunun 4 qrup qalibi 2019-cu ilin iyun ayında Millətlər liqasının qalibini müəyyənləşdirəcəklər. Burada yarımfinal və final olacaq.

 

 

Millətlər liqasından Avropa çempionatına 

 

13 şəhərdə keçiriləcək 2020-ci il Avropa çempionatına 2 yolla düşmək mümkün olacaq.Bu yollar seçmə mərhələ və Millətlər liqasıdır.

 

Bütün divizionlardakı qrupların  qalibləri playoff oyunlarına vəsiqə əldə edəcək.Bu oyunlar yarımfinal və finaldan ibarət olmaqla 2020-ci ilin mart ayında olmalıdır.Bu isə hər diviziondan Avropa çempionatının final mərhələsinə 1 vəsiqə deməkdir.

 

Əlavə edək Avropada  2019-cu ilin martından noyabrına qədər Avropa çempionatına 20 vəsiqə oynanılacaq.Seçmə mərhələdə 10 qrup olacaq.Onlardan 5-də 5 , 5-də isə 6 milli komanda olacaq. 2018-ci ilin sonunda keçirilmiş Millətlər liqasında A divizionunun qrup qaliblər 5 komandalı qruplara salınacaq. Bu qruplarda ilk 2 yeri tutan komanda birbaşa vəsiqə əldə edəcək.

 

Əgər 2019-cu ilin seçmə mərhələ oyunlarına əsasən final turnirinə vəsiqə əldə etmiş komanda eyni zamanda divizion qrupunun qalibi olarsa , həmin an onu 2020-ci ilin martındakı playoff oyunlarında divizionun digər komandası əvəz edəcək.

XƏBƏR LENTİ