Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Pike, əclaf, İspaniya sənin ölkəndir“

Sayta qoyulub: 08:27 04.10.2017 (452 dəfə oxunub)

Pike bütün İspaniyaya qarşı. Bundan sonra nələr olacaq?
<section class="entry" entry="1244" id="section_0" style="-webkit-tap-highlight-color: transparent; box-sizing: border-box;">

İspaniya yığmasının dünənki məşqi cəmi 23 dəqiqə davam etdi.

 

“Pike, əclaf, İspaniya sənin ölkəndir“

 

 

 

Buna səbəb Xerard Pikenin ünvanına səngimək bilməyən təhqirlər və fit səsləri oldu. Las Rosasdakı bazanın məşq meydanının tribunalarında toplaşan minə yaxın azarkeş dayanmadan “Pike, əclaf, İspaniya sənin ölkəndi” və “Pike, yığmadan rədd ol” şüarlarını səsləndirdi. Əksər fanatlar stadiona katalon müdafiəçiyə ünvanlanan təhqiredici bannerlər keçirsə də, polis vaxtında müdaxilə edib vəziyyətin daha da gərginləşməsinə mane oldu.

Ancaq üzərində “Pike, yığmadan getməyini deyil, qovulmağını istəyirəm” sözləri yazılan plakat bir müddət asayiş keşikçilərinin diqqətindən yayındı. Belə ab-havada məşqə davam etməyin mümkünsüzlüyünü anlayan Xulen Lopetegi komandanı paltardəyişmə otağına apardı.

Xalq "sevgi"si

Əslində ispan azarkeşlərin Pikeyə nifrəti artıq uzun müddətdi heç kimə qəribə gəlmir. Elə müdafiəçinin özü də “Nou Kamp” istisna olmaqla, İspaniyanın qalan stadionlarında ünvanına təhqirlər və fit səsləri eşitməyə öyrəşib. Buna səbəb Xerardın sosial şəbəkələrdə hər dəfə əzəli rəqib “Real Madrid”in ünvanına atmacaları, İspaniya hökumətini tənqid etməsi və Kataloniya ilə bağlı radikal mövqeyidi. Ancaq bu dəfəki məsələ daha ciddidi. Bu gün Pike Kataloniya istisna olmaqla, İspaniya qalan bütün ərazisində millinin ən sevilməyən futbolçusudu.

Referendumdakı parçalanma

Bazar günü baş vermiş hadisələr vəziyyəti daha da qəlizləşdirdi. Belə ki, Kataloniyada keçirilən və İspaniya hökuməti tərəfindən tanınmayan referendumun nəticələrinə görə səsverənlərin təxminən 90 faizi müstəqilliyin lehinə səs verdi. Yerli əhaliylə polisin qarşıdurması fonunda hətta “Barselona” – “Las Palmas” oyunun baş tutmayacağı gözlənilsə də, matç azarkeşsiz keçirildi. Pike isə görüşdən sonra dediyi sözlərlə yenidən gündəmə gəldi. “Mən kataloniyalıyam, özümü katalon hiss edirəm. Müstəqilliyin lehinə səs vermişəm, ancaq İspaniya yığmasında çıxışımı davam etdirmək üçün maneə görmürəm. Ölkədə bu günkü vəziyyətlə razı olmayan çox adam var. Millidə oynamaq vətənpərvərlik konkursu deyil, burda qələbə qazanmaq üçün maksimum güc sərf etməlisən. Ancaq baş məşqçi və ya federasiyadan kimsə problem olduğumu desə, 2018-ci ilə gözləməyəcəm və düşünmədən yığmadan gedəcəm”, - deyə müdafiəçi bildirdi.

Bu açıqlamalardan sonra azarkeşlərin reaksiyasını təsəvvür etmək çətin deyildi. Onlar təkcə Pikenin deyil, həmçinin onu milliyə dəvət edən Lopetegenin ünvanına təhqirlər işlətməyə başladı. Baş məşqçi mövqeyini belə ifadə etdi: “Xerardın hazırlığına və yığmaya yeni qələbələr qazandırmaq istəyinə qəti şübhə etmirəm. Planlarıma və oyun üslubuma uyğun gələn futbolçuya niyə dəvət göndərməməliyəm? Burda siyasətlə məşğul olmuruq, futbol oynayırıq. İşim ən yaxşı futbolçuları yığmaya toplamaqdı”.

Yığmadakı münasibət

Bəzi ispan mütəxəssislər olanların yığmanın nəticələrinə təsir edəcəyindən narahatdı. Pikenin komanda yoldaşları buna qədər daim onu müdafiə etmiş və dəfələrlə azarkeşlərdən təmkinli olmağı istəmişdi. Məsələn, keçən ay İtaliya ilə vacib matçdan əvvəl Karvaxal bunları demişdi: “Pike fitə basılırsa, deməli, hamımız fitə basılırıq”. Xerardla heç də yola getməyən Ramos belə müdafiəsinə qalxmışdı: “Pike yığma üçün vacib futbolçu olub və olacaqda. Fit səsləriylə məsələni həll etmək mümkün deyil”. Ancaq kapitanın sözləri keçərli olmadı və top hər dəfə katalon müdafiəçidə olanda stadionda uğultu səsləri eşidildi. Amma komandanın Xerardın tərəfində olduğu görünürdü.

İndi isə vəziyyət fərqlidi. Adətən belə məsələlərə dərhal münasibət bildirən Ramos bu dəfə açıqlama vermədi. Məşq zamanı isə “Real Madrid”in futbolçuları Pikedən uzaq olmağa çalışırdı. Mətbuat konfransında isə Alkantara və Koke Xerard haqda suallardan sonra bu sözləri dedi: “Bura konkret insanlar deyil, yığma haqda danışmağa gəlmişik. Bizdən Albaniya ilə oyun barədə soruşun”.

Bundan sonra nələr olacaq?

Çərşənbə axşamı Lopetegi futbolçuları bir araya toplayıb millinin hədəflərini haqda danışdı. Baş məşqçi komandanın qrupda birinci pilləni tutmalı olduğunu xatırlatdı. Pike yığmadan mümkün gedişi haqda heç nə deməsə də, Lopetegi xüsusilə onun üçün “yığmanın bütün futbolçuları İspaniya Futbol Federasiyasının qaydalarına əməl etməlidi. Bu futbolkanı geyirsizsə, məsuliyyəti də dərk etməlisiz” sözlərini işlətdi. Futbolçulardan siyasət və Xerardla bağlı məsələlərə toxunmamaq xahiş olundu.

Ramosla Pike də söhbətləşməyə imkan tapdı. Onlar növbəti günlərdə siyasi mövzulara toxunmayacaqlarını və yalnız futbol haqda düşünəcəkləri ilə bağlı razılığa gəldi. Serxio bu vəziyyətin onun üçün çox xoşagəlməz olduğunu etiraf etdi.

Xerardın bu təzyiqlərin öhdəsindən gələcəyinə heç bir şübhə yoxdu. Artıq yığmanın digər 24 futbolçusuyla güzəşt əldə olunub. Ancaq milyonlarla ispan azarkeş və cümə günü Albaniya ilə oyuna “Estadio Xose Riko Peres” stadionuna gələcək 30 min fanat necə olsun? Onlarla kompromis tapmaq heç də asan olmayacaq.

 

 

 

</section>

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat