K.Sayns: “Alonso 3-cü dəfə çempion olacaq”

Sayta qoyulub: 08:16 24.09.2017 (152 dəfə oxunub)

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Fernando Alonso növbəti illərdə Dünya Çempionu titulunu qazana bilər.

F-1.az xatırladır ki, Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu olduqdan sonra bu uğura yenidən yiyələnə bilməyib.

Karlos Sayns: “Fernandonun üçüncü dəfə çempion olacağını düşünürəm. Çempionatda qələbələr qazanmaq istəyirsinizsə, Ferrari və Mercedes-lə eyni səviyyədə olmalısınız. Məncə, 2020-ci ildən əvvəl onlarla mübarizə aparmaq asan olmayacaq, amma Fernando bunu edə bilər və üçüncü çempionluğunu qazana bilər. Bəlkə ondan sonra mən də çempion olaram”.

XƏBƏR LENTİ