"Qarabağ"ın oyunu tez başlayacaq (Gənclər Liqasında)

Sayta qoyulub: 13:15 23.09.2017 (178 dəfə oxunub)

UEFA Gənclər Liqasının 2-cu turunun “Qarabağ” – “Roma” oyununun başlama saatı bəlli olub. Görüş sentyabrın 27-si Bakı vaxtı ilə saat 14.00-da başlanacaq. Matç Suraxanı qəsəbəsindəki “Azərsun Arena”da keçiriləcək. Qeyd edək ki, komandaların hər birini sıfır xalı var. İlk turda “Qarabağ” “Çelsi”yə 0:5, “Roma” isə “Atletiko”ya 1:2 hesabı ilə uduzub. Əlavə edək ki, “Qarabağ” və “Roma”nın əsas komandaları da sentyabrın 27-də qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

XƏBƏR LENTİ