Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Gələn il startda cərimələrin sayı artacaq

Sayta qoyulub: 20:11 22.09.2017 (51 dəfə oxunub)

Sentyabrın ilk günlərində baş tutmuş İtaliya Qran Prisində güc qurğusunun elementlərini dəyişdiklərinə görə bir çox sürücülərin startda yer itirməklə cərimələnməsindən sonra ekspertlər cərimə sisteminin ləğv olunmasını təklif etmişdilər.

F-1. az xatırladır ki, bu təkliflə Formula1-in icraçı direktoru Çeyz Keri də razılaşmışdı, amma bütün əks arqumentlərə baxmayaraq, dünən Parisdə baş tutmuş FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasında güc qurğusunun elementlərinin mövsüm ərzində sürücülərin ixiyarında olan sayı daha da azaldılıb.

Formula1-in 2018-ci il İdman Reqlamentinin 23.3 bəndinə əsasən, hər bir sürücü mövsümdə cərimə sanksiyası tətbiq olunmadan 3 daxiliyanma mühərriyindən, 3 MGU-H generatorundan, 3 turbindən, 2 enerji toplayıcıdan (akkumulyator), 2 elektron idarəetmə blokundan və 2 MGU-K generatorundan istifadə edə biləcək. Amma istisna da var – çempionatda ilk mövsümünü keçirən təchizatçının sürücüsü hər bir elementdən bir ədəd əlavə istifadə edə bilər.

Göstərilən saydan çox güc qurğusu elementinin istifadəsi isə startda yer itirməklə cərimələnəcək. Yəni ilk yeni element 10 yer, növbəti yeni element isə 5 yer itirməyə bərabər tutulacaq.

Gələn il dünya çemionatında mərhələlərin sayının 21-ə çatmasını da nəzərə aldıqda bu il Montsada yaşanan hadisənin tez-tez təkrarlanmasını görəcəyik. Xatırladaq ki, İtaliyada sürücülər startda ümumilikdə 150 yer “itirmişdilər”…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat