Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

AFFA-nın səssiz-səmirsiz çempionatları

Sayta qoyulub: 11:55 22.09.2017 (56 dəfə oxunub)

Dəfələrlə vurğulamışıq, futbolumuzdakı problemləri qabardıb, həlli yollarını axtarmağa çalışmışıq. Bununla da AFFA-nın məsul olduğu işi öz üzərimizə götürüb, ölkə futbolunun inkişafı üçün "boz bina"da oturan başbilənlərə kömək əlimizi uzatmışıq. Amma haqqı deyənlərin doğru sözləri, saf niyyətlə uzanan dost əlləri AFFA-n diksindirib.

2005-ci ildə qəbul olunan Dövlət Proqramı, eləcə də AFFA-nın özünün Nizamnamə və Əsasnaməsi bu qurumu Azərbaycanda futbolun inkişafına, təbliğatına məsul edir. Yaxalarını kənara çəkməyə zərrə qədər də olsun haqları yoxdur. Onlar futbolu inkişaf etdirməli, onu sevdirməli, kütləviləşdirməlidilər. Nobel prospektində yerləşən yaraşıqlı binanın sərin otaqlarındakı yumşaq kreslolarından ayağa qalxmalı, bölgələrə yollanmalıdılar. Hər il dövlət neft pullarından AFFA-nın büdcəsində 25-30 milyon manat pul ayırırsa, onların maddi çətinliklərdən gileylənməyə ixtiyarları da yoxdu. Üzərlərinə düşən işin öhdəsindən gəlirlərmi, buna cəhd göstərirlərmi? Cavabını bilirsiz. Siz sonuncu dəfə AFFA-nın baş katibi Elxan Məmmədovun, yaxud da İcraiyyə Komitəsinin üzvlərinin hansısa rayona səfər etməsi, ordakı futbol adamları ilə görüşməsiylə bağlı nə vaxt xəbər eşitmisiz? Biz də eşitməmişik, dostlar.

Halbuki cənab Məmmədov xarici səfərlərə gedəndə, yaxud da AFFA-nın binasında görüş keçirəndə bunu gen-bol təbliğ etməyi çox xoşlayır. Rayonlara getsəydi, əmin olun ki, bu barədə AFFA-nın saytı və televiziyası geniş video-foto reportajlar bizə təqdim edərdilər. 

 

Sizin də yadınızda olar. "CBC Sport" yaradılanda vəd olunmuşdu ki, yeni telekanal Azərbaycan futbolunun təbliğatı ilə məşğul olacaq, təkcə Premyer Liqanın oyunlarını deyil, əvəzedicilərin yarışını, birinci divizionu və gənc komandaların qarşılaşmalarını ekrana gətirəcək. Sentyabrın 20-də 19 yaşadək futbolçuların çıxış etdiyi "Gənclər Liqası" (Keçmiş U-19 çempionatı) start götürüb. Heç kimin xəbəri yoxdu. Bu çempionatın heç bir görüşü canlı yayımlanmayıb, heç təvim və nəticələr barədə xəbər də eşitməmişik. "CBC Sport"un susqunluğu bir yana. AFFA-nın rəsmi saytı "Gənclər Liqası"nın startından, püşkatma mərasimindən, təqvimin hazırlanmasından heç quru xəbər belə hazırlamayıb. AFFA-nın yarışları keçirməyə məsul etdiyi Yusif Vəliyev öz fitri istedadıyla məxfiliyi maksimum qoruya bilib.

Təbliğat görülən işin yarısı olmasa da, böyük hissəsidir. Üstəlik, söhbət inkişafa ehtiyacı olan, ildən ilə zəifləyən, gözümüzün qabağında şam kimi əriyən Azərbaycan futbolundan gedirsə, təbliğata daha çox ehtiyacı var. U-17 liqası da eyni diqqətsizlikdən əziyyət çəkir. Orda oynayan yeniyetmələr üçün oyunların televiziyada göstərilməsi əvəzsiz stimuldu. Amma kimin nəyinə lazımdı uşaq futbolu? AFFA özü bu çempionatların səssiz-səmirsiz keçirilməsində maraqlıdı. Sabah kütləvi təxirə salınmalar, yarışdan kənarlaşdırılmalar, texniki məğlubiyyətlər olanda da heç kimin xəbəri olmasın. 

Məşhur lətifədə deyildiyi kimi, relslərin üstünü döyəcləyin, səs çıxsın. Qatar yerindən tərpənməsə də olar!

AFFA-nın səssiz-səmirsiz çempionatları

 

 

 

Amal ABUŞOV

http://sport7.az/

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat