Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Porsche də Formula E-yə gedir

Sayta qoyulub: 11:36 22.09.2017 (29 dəfə oxunub)

Porsche şirkəti dözümlülük yarışlarının LMP1 sinfində çıxışını vaxtından əvvəl dayandırdığını elan edib.

F-1.az xatırladır ki, bir neçə gün əvvəl Mercedes-Benz şirkətinin DTM seriyasını tərk edərək Formula E çempionatında debütə hazırlaşacağı elan olunmuşdu. Bu gün isə analoji qərarı Porsche şirkəti də açıqlayıb – WEC çempionatında Le Manın 24 saatlıq əfsanəvi marafonunda ardıcıl 3 qələbədən sonra bir çox ekspertlərin irəli sürdükləri ehtimal təsdiqini tapıb. Amma hamı güman edirdi ki, almanlar seriya ilə müqavilələri başa çatdıqdan sonra, yəni 2018-ci ilin sonunda bu addımı atacaqlar. Yekunda isə müqavilənin qurtarmasını gözləmədən cari mövsümün sonunda getmək qərarı qəbul olunub.

Eyni zamanda, Porsche-dən təsdiq ediblər ki, şirkət Formula E-nin 6-cı mövsümündə – 2019-2020-ci il mövsümündə zavod komandası ilə debüt edəcək…

Mixael Ştayner, Porsche-nin idarə heyətinin üzvü: “Formula E-də çıxış etmək və bu çempionatda uğur qazanmağa çalışmaq hər bir avtoistehsalçı üçün məntiqi addımdır. Bu çempionatda ekoloji təhlükəsizlik və effektivlik sahələrində yeni texnologiyaların hazırlanmasındakı azadlığın inkişafı bizim üçün cəlbedicidir”.

Frits Entsinger, Porsche Motorsport-un başçısı: “Sıfırdan LMP1 layihəsinin hazırlanması çox çətin məsələ idi, amma bir neçə ilə biz çox uğurlu və peşəkar komanda quraraq, indi yolumuza davam etmək istəyirik. Əminəm ki, biz Formula E-də də bu yüksək səviyyəni saxlayacağıq”.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat