Türkiyə klubunda yeni baş məşqçi

Sayta qoyulub: 10:26 22.09.2017 (192 dəfə oxunub)

 

Türkiyə Super Liqasında mübarizə aparan "Osmanlıspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Ankara təmsilçisini bundan sonra İrfan Buz çalışdıracaq. 50 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Paytaxt təmsilçisi təcrübəli çalışdırıcının rəhbərliyi altında ilk məşqinə çıxıb. Qeyd edək ki, İrfan Buz bu postda bir neçə gün əvvəl istefaya göndərilən Bülənt Uyqunu əvəz edib.

XƏBƏR LENTİ