FİA superlisenziya üçün balların hesablanması sistemini dəyişib

Sayta qoyulub: 07:58 22.09.2017 (160 dəfə oxunub)

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Formula1-də çıxış etmək üçün zəruri olan superlisenziyanın alınması üçün balların hesablanma sisteminə dəyişiklikləri təsdiq edib. Ümumən, seriyaların çoxunda ballar aşağı salınıb, yəni gənc sürücülərin F1-ə gəlməsi üçün daha çox vaxt sərf etməsi lazım olacaq.

F-1.az bildirir ki, gənc sürücünün superlisenziya alması üçün digər seriyalarda 40 bal toplaması gərəkdir. Bunu bir il içində yalnız 3 seriyada etmək mümkündür – Formula2, İndyCar, və 2015-2016-cı illərin Gp2 çempionatlarında. Əlbəttə, üstünlük Formula2-dədir: yalnız bu seriyanın yekunlarına görə ilk üçlükdə qərarlaşan sürücülərin hər biri 40 bal qazanır.

Seriya/Yer 1 2 3 4 5 6 7 8 9 10
FİA F2 40 40 40 30 20 10 8 6 4 3
GP2 (2015-2016) 40 40 30 20 10 8 6 4 3 2
İndyCar 40 30 20 10 8 6 4 3 2 1
Euro FİA F3, Formula E 30 25 20 10 8 6 4 3 2 1
FİA WEC – LMP1 30 24 20 16 12 10 8 6 4 2
GP3 25 20 15 10 7 5 3 2 1

 

XƏBƏR LENTİ