"Zirə"nin yeni prezidenti

Sayta qoyulub: 13:46 14.09.2017 (167 dəfə oxunub)

“Zirə” klubunun yeni prezidentinin adı açıqlanıb. Paytaxt təmsilçisinin rəsmi saytının yaydığı xəbərə görə, klubdaxili iclasdan sonra "Zirə"nin yaradılmasının əsas təşəbbüskarı olan son prezident Orxan Məmmədov fəxri-prezident seçilib. Klub prezidenti isə buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov olub. "Zirə"də icraçı direktor vəzifəsini bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

XƏBƏR LENTİ