Marselo daha 5 il "Real"da

Sayta qoyulub: 20:58 13.09.2017 (208 dəfə oxunub)

Madridin "Real" klubu futbolçusu Marselo ilə müqaviləni yeniləyib. Braziliyalı müdafiəçinin yeni müqavilə müddəti 2022-ci ilin iyun ayına qədərdir. Sözləşmənin şərtləri haqda məlumat verilməyib. Qeyd edək ki, 29 yaşlı futbolçu 2007-ci ildən "Real"da çıxış edir.

XƏBƏR LENTİ