"Seltik" azarkeşi Mbappeyə hücum etdi

Sayta qoyulub: 14:14 13.09.2017 (231 dəfə oxunub)

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Seltik” - PSJ oyununda (0:5) insident baş verib.


Qarşılaşmanın ilk hissəsində “Seltik” azarkeşi meydana daxil olaraq, qonaqların hücumçusu Kilian Mbappeyə hücum edib.


PSJ-nin 3-cü qolu vurduqdan sonra meydana girən azarkeş fransalı hücumçuya xəsarət yetirə bilməyib. Mühafizəçilər onun qarşısını alıblar. 


Qeyd edək ki, PSJ-nin 2-ci qolunu Mbappe vurub.

 

"Seltik" azarkeşi Mbappeyə hücum etdi

 

 

qol.az

XƏBƏR LENTİ