Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

AVF-nin prezidenti milli milli komanda ilə görüşdü

Sayta qoyulub: 12:41 13.09.2017 (115 dəfə oxunub)

AVF-nin prezidenti milli milli komanda ilə görüşdü

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov milli komanda ilə görüşüb. Qurum rəhbəri təlim-məşq toplanışından qayıdan komandanın hazırkı durumu ilə maraqlanıb.

O bildirib ki, ölkəmiz sentyabrın 22-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatını ən yüksək səviyyədə təşkil etməyə çalışacaqlar. Qurbanov komandamızın mükafat qazanacağına da inam ifadə edib.

Federasiya rəhbərinin sözlərinə görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma mükafatçılar sırasında yer almaq gücündədi: “Sizinlə Sloveniyada təlim-məşq toplanışından qayıtdıqdan sonra ilk görüşümüzdü. Komandaya inanıram, güclüdü. Azərbaycan üçün Avropa çempionatına ev sahibliyi etmək böyük uğurdu. Biz də çalışırıq ki, yarışı yüksək səviyyədə təşkil edək. Amma əsas yük sizin üzərinizdədi. Nəticə qazanmağa çalışmaq lazımdı. Yığmamız mükafatçılar sırasında yer almağa qadirdi. Komandada Faiq Qarayev kimi böyük mütəxəssis olduğundan bunu bacaracağınıza inanıram”.

AVF-in vitse-prezidenti, eyni zamanda yığmanın baş məşqçisi Faiq Qarayev komandanın hazırkı durumundan danışıb. O bildirib ki, Maribordakı hazırlığın və yoxlama oyunlarının milliyə böyük faydası oldu: “Sloveniyada uzun müddət təlim-məşq toplanışı keçdik. Komandamızda bəzi zədəli oyunçular vardı. Onların formaya düşməsi üçün xüsusi proqram tərtib etdik. Bizim üçün çox böyük məsuliyyətdi ki, Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz də yaxşı nəticə əldə etməyə çalışacağıq. Qarşıda komandamızı yoxlama matçları gözləyir. Komandanın yaxşı nəticə əldə etməsi üçün əlimdən gələni edəcəm”.

Qeyd edək ki, Avro-2017 Azərbaycan və Gürcüstanda təşkil olunacaq. A qrupunda yer alan millimiz Polşa, Almaniya və Macarıstanla gücünü yoxlayacaq. 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat