AFFA "Zirə"nin baş məşqçisinə xabardarlıq etdi

Sayta qoyulub: 12:26 13.09.2017 (149 dəfə oxunub)

AFFA İntizam Komitəsi "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edib.  Səbəb gənc mütəxəssisin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IV tur matçının 90+1-ci dəqiqəsində baş hakim Ömər Paşayevə sərt formada etirazı olub. 

Abbasov "Zirə"nin qapısına penalti təyin olunduğu epizoddan sonra narazılığını bildirib. Sonradan o, penaltiyə görə yox, vaxtın 5 dəqiqə uzadılması ilə əlaqədar belə hərəkətə yol verdiyini açıqlayıb. 

İntizam Komitəsi, bu hal yenidən baş verəcəyi təqdirdə, Abbasovun cəzalanacağını bəyan edib.

Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib. 

XƏBƏR LENTİ