"Qarabağ" inamlı oyun nümayiş etdirdi" - Qlen Hodl

Sayta qoyulub: 12:23 13.09.2017 (211 dəfə oxunub)

“Qarabağ” Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Komanda bu turnirdə birinci oyununu keçirdi".


Bu sözləri “Çelsi” və “Tottenhem”in, həmçinin İngiltərə millisinin sabiq baş məşqçisi Qlen Hodl deyib.


O, Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Çelsi" - "Qarabağ" oyunundan (6:0) sonra “BT Sport” kanalında matçı təhlil edərkən Ağdam təmsilçisinin sona qədər mübarizə apardığını bildirib: “Qarabağ” Çempionlar Liqasında ilk dəfə mübarizə aparan komanda kimi inamlı oyun nümayiş etdirdi. Nəzərə alsaq ki, “Qarabağ”ın turnirdə təcrübəsi yoxdur, bu oyun onlar üçün yaxşı qiymətləndirilə bilər”. 



"Qarabağ" inamlı oyun nümayiş etdirdi" - Qlen Hodl

 

 

qol.az

XƏBƏR LENTİ