Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

Sayta qoyulub: 09:20 12.09.2017 (211 dəfə oxunub)

Onun dövründə Premyer Liqada mübarizə aparan 10 klub dağılıb.

Rövnəq Abdullayev 2008-ci ilin martın 4-dən AFFA-ya rəhbərlik edir.

 

9 ildir futbol sahəsində hakimiyyətdə olan Abdullayevin dövründə bir sıra xoşagəlməz hadisələr baş verir və verməkdədir. Bu problemlərin ən böyüyü isə güclü sponsor dayağı olan klubların dağılmasıdır. Müəyyən səbəblərdən maliyyə problemi yaşayan rəhbərlər öncəliklə komandalarından canlarını qurtarırlar. 

Rövnəq Abdullayev AFFA prezidenti olaraq vəzifəsinin icrasına başlayanda ölkə çempionatında 14 komanda mübarizə aparırdı: "İnter", "Olimpik" (AZAL), "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", "Qəbələ", "Simurq", "Bakı", "Standart", "Masallı", "Karvan", "Turan", "Gənclərbirliyi", "ABN-Bərdə". Onun AFFA rəhbəri olduğu bu 9 il ərzində Premyer Liqadakı komandaların sayının azalması ilə yanaşı, dağılan futbol klublarının sayı çoxalıb. 

"10-lar" rubrikamızın ilk buraxılışında Rövnəq Abdullayevin AFFA prezidenti olduğu illərdə dağılan 10 ən məşhur klubumuzu sizlərə təqdim edəcəyik.

 

 

10. ABN-Bərdə

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

Klub 2005-ci ildə fəaliyyətə başlayıb. 

2005/2006 mövsümündə birinci dəstədə çıxış edən ABN iddialı komanda sayılmırdı və klub rəhbərliyinin əsas hədəfi Bərdədə futbolu yenidən populyarlaşdırmaq idi. Lakin növbəti mövsüm adına "Bərdə" sözünü əlavə edən "ağ-yaşıllar" gücləndilər və elitaya vəsiqə uğrunda mübarizə apardılar. Planlar baş tutmadı: "ABN-Bərdə" pley-off yarışlarında 6 komanda arasında 4-cü olmaqla iddiasını azı birillik təxirə salmalı oldu. Amma İmişli futbolla vidalaşdı, birinci dəstədə 3-cü olan "Göyəzən" pulunun olmadığını önə çəkib elitadan imtina etdi və Bərdə azarkeşləri 9 illik fasilədən sonra güclülər dəstəsinin havası ilə nəfəs almaq imkanı qazandılar. Həmin il çempionatda sonuncu olan "ABN- Bərdə" yenidən I Divizionda mübarizə apardı. Klub çıxış etdiyi 1-ci dəstədə gərgin mubarizədən sonra çempion olaraq kiçik medalları qazandı. Həmən il yeni adıyla Azərbaycan premyer liqasında klubların sayı PFL tərəfindən azaldıldığı üçün "ABN-Bərdə" yenidən 1-ci dəstədə çıxış etməli oldu. 2009-2010 mövsümündə 1-ci dəstədə yeddinci yeri tutdu. 2011-ci ildə klub fəaliyətin dayandırdı. 

Hazırda icra hakimiyyətinin xırda maliyyəsi ilə həvəskarlar liqasında çıxış edirlər. Klub Bərdənin 10000 azarkeş tutumuna malik şəhər stadionunda çıxış edirdi.

 

 

9. Masallı

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdı. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə I dəstədə çempion olan komanda Yüksək dəstədə oynama şansını əldə etdi. 2006-cı ildə klub "Masallı" adlandırıldı. Ancaq sonradan komanda 2007-2008-ci il başa çatanda fəaliyyətini dayandırdı. 

 

 

8. Gənclərbirliyi (Sumqayıt)

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

2003-cü ildə yaranan klub ilk mövsümdəcə I Dəstədə çempion olaraq Yüksək dəstəyə vəsiqə qazanır. Sumqayıtı təmsil edən komanda çempionatda çıxış etdiyi 4 mövsümdə 11-13-cü yerlər uğrunda mübarizə aparıb. 2008-ci ilin iyulunda "Gənclərbirliyi" fəaliyyətini tamamən dayandırıb.

 

 

7. Karvan

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

"Karvan" 11 iyun 2004-cu ildə Yevlax şəhəridə təsis edilmişdir. Bu klub Azərbaycan futbolunda ilklərlə yadda qalmağı bacarıb. Yevlax təmsilçisi 2006-ci ildə UEFA kubokunda mərhələ adlamağı bacarıb. "Spartak"ı (Tirnava) mübarizədən kənarlaşdıran "Karvan" bu turnirdə mərhələ keçən ilk təmsilçimiz olub. Ölkə çempionatlarında 2004-2005-ci il mövsümündə 3-cü, 2005-2006-da 2-ci, 2011-2012-ci ildə I Divizionda 3-cü olmağı bacarmışdı. Həmin il də fəaliyyətini dayandırmışdır. Hazırda komandanın yenidən yığıldığı, bu mövsümdən etibarən I Divizionda çıxış edəcəyi bildirilir.

 

 

6. "Standart" (Bakı/Sumqayıt)

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

"Bankirlər" adlanan klub 2006-ci ildə yaradılmışdı. 2006-2007-ci il mövsümündə I Dəstədə 2-ci olaraq Yüksək Dəstəyə vəsiqə qazanıb. 2008-ci ildən Sumqayıtda məskunlaşmağa başladı. 2009-2010-cu ildə Premyer Liqada 11-ci olaraq aşağı dəstəyə yuvarlanır. Bu hadisədən sonra rəhbərlik komandanın fəaliyyətini dayandırır.

 

 

5. "NBC" - "Muğan" (Səlyan) - "Rəvan"

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

Əvvəlcə "NBC" (Səlyan) daha sonra "Muğan" (Səlyan) adlanan klub ən sonda "Rəvan" olaraq doğma şəhərindən Bakıya köçdü. Müxtəlif illərdə I Divizion və Premyer Liqada iştirak etdi. Keçən mövsüm I Divizionda çıxış edən komanda FİFA-nın xəbərdarlığı üzrə AFFA tərəfindən oyun alğı-satqısında şübhəli bilinərək çempionatdan kənarlaşdırılmışdı. Bu qərardan sonra komanda fəaliyyətini dayandırğını açıqladı.

 

 

4. Araz Naxçıvan

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

1967-ci ildən Naxçıvanı təmsil edən "Araz" 2013-cü ildə yenidən fəaliyyətini bərpa etdi. İlk mövsümdə I Divizionda çempion olan "nəqşicahanlılar" 2014-2015-ci il mövsümündə Premyer Liqada iştirak etdilər. Burada 10 turdan sonra 4 xal toplayan komanda hakim idarəçiliyində qərəzliliyi ön plana çəkərək fəaliyyətini dayandırdığını bəyan etmişdi. Hazırda Naxçıvan çempionatında mübarizə aparan "Araz - Naxçıvan" ardıcıl 3 mövsümdür çempionluq sevinci yaşayır.

 

 

3. Bakı

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

Klub 1997-ci ildə "Polis Akademiyası" və "Qartal-95" klublarının birləşməsindən yaranıb.1997-ci ildə "Polis Akademiyası", 1997-2000-ci illərdə "Dinamo" adlandırılıb. 2000-2001-ci illərdə "Bakılı" Futbol Klubu ilə birləşib və "Dinamo-Bakılı" adlandırılıb. 2004-cü ildən etibarən klubu "BAGHLAN GROUP" şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək "Bakı" adlandırılıb.

1997/1998 mövsümündə Azərbaycan çempionatının ikincisi olmuşdur.

2004/2005 mövsümündə Azərbaycan kubokunun sahibi olmuşdur.

2005/2006 mövsümündə Azərbaycan Çempionu olmuşdur.

2006/2007 mövsümündə Azərbaycan Çempionatının üçüncüsü olmuşdur.

2008/2009 mövsümündə Azərbaycan Çempionu olmuşdur.

2004/2005, 2009/2010, 2011/2012-ci mövsümlərində Azərbaycan kubokunun qalibi olmuşdur.

2014-2015-ci il mövsümündə Premyer Liqanı tərk edib. Növbəti mövsümdə də I Divizionda sonuncu olaraq Həvəskarlar Liqasında mübarizə aparıb. Komandanın hazırkı durumu heç kimə bəlli deyil.

 

 

2. "Simurq"

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

2005-ci ildə təsis olunan "Simurq" Peşəkar Futbol Klubu isə elə ilk cəhddən birinci dəstədə 3-cü yeri tutaraq Güclülər dəstəsinə vəsiqə qazanıb. 2006-2007-ci illər mövsümündə 9-cu yeri tutaraq Simurq Futbol+ qəzetinin versiyasına görə "İlin sürpriz komandası" nominasiyasının qalibi olub. İlk illərdə komanda öz oyunlarını qonşu Şəki və Qax rayonlarında keçirsə də,2008/2009 mövsümündən rəqiblərini Zaqatalada yerləşən müasir Simurq stadionunda qəbul etdi. Stadionun 3500 azarkeş tutumuna malikdir.

2015-ci ildə "İnter" və "Simurq" klublarının sahibi Cahangir Haciyevin Azərbaycan Beynəlxalq Bankındakı vəzifəsini itirməsindən sonra "Simurq" maliyyə problemləri ilə üzləşir. AFFA prezidenti Rövnəq Abdullayev də yaxın dostu Cahangir Hacıyevlə bu barədə söhbət edir. Abdullayev Hacıyevdən komandanı buraxmamağı xahiş edir. O, AFFA-nın "Simurq"a maliyyə dəstəyi verəcəyini də vəd edir. Rövnəq Abdullayev iddiasız durumda olsa belə, "Simurq"un fəaliyyətini davam etdirməsinə cəhd edir. Çünki Zaqatala təmsilçisi dağılacağı təqdirdə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasının təşkilində də problemlər yaranacaq. Hacıyev Abdullayevin xahişini nəzərə almır. O, Premyer Liqada klub saxlamağa maddi imkanlarının yetərli olmadığını bildirir.Oyunçuların maaşının verilməsində problem yaranır. 2015-ci ilin yayında rəhbərlik klubu bağlamaq qərarını verir.

 

 

1. Xəzər Lənkəran

Rövnəq Abdullayevin AFFA rəhbəri olduğu illərdə dağılan ən məşhur klublar

 

 2004-cü ildə yaradılmasına baxmayaraq elə ilk ildən iddialı çıxışı ilə yadda qalmışdı. Lənkəran şəhərini təmsil etsə də klub futbol aləmində bütün Cənub Zonasının təmsilçisi kimi daha məşhur idi. Klubun "Neftçi" ilə qarşıdurmaları bütün Azərbaycan futbol aləmində diqqət mərkəzində olurdu və bu matçlar "Böyük oyun" adlandırılırdı. Xəzər Lənkəran 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun sahibi, 1 dəfə isə Birlik Kubokunun qalibi olmuşdur. Klub ev oyunlarını 15000 (on beş min) azarkeş tutumuna malik olan Lənkəran şəhər stadionunda keçirirdi. Stadion klubun pərəstişkarları arasında "Fırtınalar meydanı" adlanırdı. 2015-2016-ci il mövsümündə 10-cu pillədə qərarlaşan "ağ-yaşıllar" I Divizionda mübarizə aparmaq əvəzinə əsas komandanın fəaliyyətini dayandırmaq qərarını verdi. Klubunun rəhbərliyi hazırkı futbol federasiyasının hakimiyyətdə olacağı müddətdə komandanın fəaliyyətini bərpa etməyəcəklərini rəsmən bəyan ediblər.

 

 

 

 

 

bombardir.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat