►Montoyadan sürət rekordu . 400 km-saat

Sayta qoyulub: 20:56 11.09.2017 (343 dəfə oxunub)

►Montoyadan sürət rekordu . 400 km-saat


Maklaren və Uilyams komandalarının keçmiş pilotu Xuan Pablo Montoya karyerası ərzində 7 qran pri , 2   «İndi-500» və  «İndikar»da çempionluq qazanıb. 41 yaşı olmasına baxmayaraq hələ də sürət həvəskarıdır. 41 yaşlı kolumbiyalı hiperkar  «Buqatti Şiron»un sükanı arxasında yeni dünya rekordu müəyyənləşdirib. Bu rekord 0-dan 400 км/saat və tam dayanmada vaxta görə baş verib. Montoya iki tryuk üçün  41,96 saniyə vaxt sərf edib. Maksimal sürət həddinə Montoya  32,6 saniyəyə çatıb.


►Montoyadan sürət rekordu . 400 km-saat

 

«Buqatti Şiron» – potensial olaraq planetin ən sürətli avtomobilidir. Gələn il istehsalçılar adi yol maşınları üçün rekordu yeniləmək üçün maksimal sürət həddini 431,072 км/saata qaldırmaq niyyətindədirlər. Xatırladaq ki, bu rekorda  «Buqatti», «Veyron Super Sport»la çatmışdı.

 

 

 

Əlavə edək ki, bu avtomobilin cəmi 500 ekzemplyar buraxılması nəzərdə tutulub. Onlardan 300-ü artıq satılıb. Qiymət isə 3 milyon avrodur.

 

 

►Montoyadan sürət rekordu . 400 km-saat

XƏBƏR LENTİ