Tərlan Əhmədovun ilk qərarları

Sayta qoyulub: 14:43 11.09.2017 (326 dəfə oxunub)

Tərlan Əhmədovun ilk qərarları
 

Azərbaycan milli komandasının sabiq kapitanı, futbolumuzun tanınan simalarından olan Tərlan Əhmədovun “Neftçi”yə dönüşü rəsmiləşdi.  Elxan Abdullayevin gedişindən sonra boş qalmış baş məşqçi postunu məhz veteran müdafiəçi tutacaq. Vaxtilə “Neftçi”də köməkçi məşqçi işləmiş və tarixi uğurlarda pay sahibi olmuş Əhmədovla bu gün 1 illik müqavilə imzalanıb. Əhmədov yoluna hələ ki hazırkı köməkçilərlə davam edəcək.  Əhmədov futbolçularla bu gün saat 15:00-da klubun bazasında tanış olacaq və şərtlərini açıqlayacaq. Qeyd edək ki, Əhmədov “Neftçi”nin baş məşqçisi kimi Topaz Premyer Liqasının 5-ci turunda “Zirə”yə qarşı matçda debüt edəcək.

 

 

 

XƏBƏR LENTİ