"Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir" - Ramil Quliyev

Sayta qoyulub: 14:19 11.09.2017 (252 dəfə oxunub)

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ”ın Çempionlar Liqasının qrup məрнələsinə vəsiqə qazanmasından danışıb.


Bu barədə "Anadolu" agentliyinə açıqlama verən 27 yaşlı atlet “Qarabağ”ın tarixi uğur qazandığını söyləyib:


"Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu  Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".


Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da birinci olub.

 

 

"Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir" - Ramil Quliyev

 

 

qol.az

XƏBƏR LENTİ