İPL-də ilk və rekord istefa

Sayta qoyulub: 14:01 11.09.2017 (380 dəfə oxunub)

Kristal Pelas Frank de Buru istefaya göndərib.

 

47 yaşlı mütəxəssis klubda cəmi 4 oyunda işləyə bildi. Bu müddətdə komanda qol vurmayaraq hamısında məğlub oldu. Bu İngiltərədə son 93 ildə ən pis nəticədir.

 

De Bur həm də işləmə müddətinə görə də antirekord edib. 2006-cı ildə Lesli Rid Çarltonda 7 oyundan sonra istefaya göndərilmişdi.

 

De Bur Kristal Pelasda 79 gün işlədi. Bundan əvvəl o , İnterdə 85 gün işləmişdi.

 

İngiltərə mətnuatının məlumatına görə klub Sem Ellerdaysı gətirmək istəsə də o , rədd cavabı verib. Hazırda əsas favorit Roy Hocsondur.

 

İPL-də ilk və rekord istefa

XƏBƏR LENTİ