“Qarabağ”a qeyri-ciddi yanaşmırıq” – Qari Kehill

Sayta qoyulub: 10:36 10.09.2017 (300 dəfə oxunub)

Cəzası səbəbindən Premyer Liqanın son turlarının oyunlarını buraxan “Çelsi”nin mərkəz müdafiəçisi Qari Kehil “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında komandasına kömək edə bilər.


Bu haqda Britaniyanın “Express” nəşri məlumat yayıb. Qəzetə müsahibəsində özünü qarşıdakı görüşə hazır sayan Kehil bildirib ki, “Çelsi” qitənin ən nüfuzlu yarışında oynamağa layiqdir: “Mən çox şadam ki,  komandam yenidən həmin yarışda çıxış edəcək. Əlimizdən gələni edəcəyik ki, bizim üçün mümkün olan ən yüksək uğura nail olaq. Səbirsizliklə meydana çıxacağım günü gözləyir və səylə məşq edirəm”.


31 yaşlı futbolçu “Qarabağ” barədə də danışıb: “Belə bir yarışda oynamaq hüququ əldə ediblər. Ona görə də biz rəqibimizə qeyri-ciddi yanaşmırıq”.


Qeyd edək ki, Çempionlar Liqasının C qrupunun “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

 

 

“Qarabağ”a qeyri-ciddi yanaşmırıq” – Qari Kehill

 

 

 

qol.az

XƏBƏR LENTİ