Birinci divizion: 8 klubun iştirakına icazə verildi

Sayta qoyulub: 17:24 09.09.2017 (263 dəfə oxunub)

 

Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, qərar qəbul edib. Sənədləri qaydasında olan 8 klubun I divizionda iştirakına icazə verilib:

“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK

Müraciət etmiş aşağıdakı klublara isə sənədlərini tam təqdim etmək üçün 12 sentyabr saat 18:00-dək vaxt verilib.

“Binə” FK, “Şahdağ Qusar”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı”

XƏBƏR LENTİ