"Qarabağ"ın gənclər komandasının oyunlarının təqvimi bəlli oldu

Sayta qoyulub: 15:26 08.09.2017 (231 dəfə oxunub)

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb. C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə görüşlərinin də vaxtı və yeri müəyyənləşib.

Rəşad Sadıqovun baş məşqçi olduğu təmsilçimiz ilk olaraq İngiltərədə "Çelsi" ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA öz yarışlarında sponsor adlarının işlənməsinə qadağa qoyub.

 

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

1-ci tur

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

27 sentyabr

2-ci tur

12:00. “Qarabağ” – “Roma” (İtaliya)
Bakı. “Qarabağ” stadionu

18 oktyabr

3-cü tur

 

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)
Bakı. “Qarabağ” stadionu

XƏBƏR LENTİ