“Pula görə klubumu dəyişmərəm”

Sayta qoyulub: 07:42 08.09.2017 (316 dəfə oxunub)

“Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi hazırkı klubunu puldan üstün tutduğunu bəyan edib. 


Fransız futbolçu Çin və Qətərdən sərfəli təkliflər aldığını bildirib:


“Klubumu dəyişə bilərdim. Çin və Qətərdən sərfəli təkliflər var idi. Amma hazırda özümü yaxşı hiss edirəm və “Bavariya”dan getmək barədə düşünmürəm. Pul məni motivasiya etmir. 


Aydın məsələdir ki, yaxşı yaşamaq üçün maddiyatın böyük rolu var. Amma pul mənim üçün birinci sırada dayanmır. Pula görə heç vaxt klubumu dəyişmərəm”.

 

 

“Pula görə klubumu dəyişmərəm”

 

 

qol.az

XƏBƏR LENTİ