Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq

Sayta qoyulub: 15:34 07.09.2017 (382 dəfə oxunub)

Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.

Bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.

O deyib ki, Digitürk xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar CBC Sportun şərhçiləri tərəfindən şərh olunacaq.

Qeyd edək ki, CBC Sport yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

XƏBƏR LENTİ