Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Ramil Şeydayev: "Hazırda Türkiyəyə getmək vaxtı deyil"

Sayta qoyulub: 10:46 07.09.2017 (154 dəfə oxunub)

Ramil Şeydayev: "Hazırda Türkiyəyə getmək vaxtı deyil"
 
Millimizin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev "sportsdaily.ru"ya müsahibə verib.
 
- DÇ-2018-in seçmə mərhələsində Norveçə uduzdunuz, San Marinoya qalib gəldiniz. Komandanızın final mərhələsinə yüksəlmək şansı qalmadı. 
- Norveçlə matda oyunumuz istədiyimiz kimi alınmadı. San Marino üzərində inamlı qələbə isə bizi və azarkeşlərimizi ruhlandırdı. Hərçənd ki, bu qələbə qrupdan çıxmağımız üçün kifayət etmədi. Əvvəl hər şey qaydasında idi. Düşünürdüm ki, qrupda ikincilik uğrunda mübarizə apara bilərik. Ancaq öz səhvlərimizdən ardıcıl məğlubiyyətlərlə üzləşdik. Növbəti iki oyunu səfərdə keçirəcəyik. Maksimum xal toplamağa çalışacağıq.
 
- Müntəzəm olaraq Azərbaycan millisində çıxış edirsən. Bu oyunlar sənin üçün nə deməkdir?
- Təcrübə. Əvvəllər mən Almaniya kimi güclü komandaya qarşı oynamamışam. Bu cür rəqiblərə qarşı nə qədər çox oynasan, ustalıq səviyyən o qədər artar. Gələcəkdə komandamla daha çox təcrübə qazanacam.
 
- 1 il sonra AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. Turnirin bəzi matçları Bakıda və Sankt-Peterburqda keçiriləcək…
- Təbii ki, biz final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çempionatın bəzi oyunlarının doğma ölkəmizdə keçirilməsi bizim üçün yaxşı stimuldur.
 
- Karyeranda sərt bir dönüş baş verdi. Necə oldu ki, “Qarabağ”ın futbolçusu oldun?
- Son 6 ay ərzində “Jilina”da çıxış etdim. Daha sonra isə “Qarabağ”dan təklif aldım. Mən də razılaşıb 1 illik icarəyə gəldim. “Trabzonspor”la daha 2 illik müqavilə var. 
 
- “Jilina”da karyeran necə keçdi?
- Ümumiyyətlə, hər şey pis deyildi. Həyatımın ən yaxşı anları da demək olmaz. Qollar da vururdum. Ancaq mən bundan sonra çətin ki, bir də Slovakiyaya ayaq basım. Gündəlik həyat çətin idi. Adaptasiya olmaq çətin idi.
 
- “Trabzonspor”a qayıdıb əsas heyətə düşmək üçün şansın var?
- Bəli, var idi. Amma onu da gözəl başa düşürəm ki, baş məşqçi mənə nə vaxt ümid bəsləyəcək, nə vaxt yox. Hazırda Türkiyəyə getmək vaxtı deyil. 
 
- Niyə “Qarabağ”a keçdin?
- Mənim üçün ən yaxşı təklif idi. Mən bu klubu və həm də Çempionlar Liqasında oynamağı sevirəm.
 
- Sentyabrın 12-də səfərdə “Çelsi” ilə oyuna hazırsınız?
- Bəli, əlbəttə! Bu həftəsonu Londona yollanacağıq.
 
- Çempionlar Liqasının debütantını səfərdə tittullu komanda ilə oyunda nə gözləyir?
- Əksər azarkeşlər düşünə bilər ki, bizim heç bir şansımız yoxdur. Ancaq futbolda hər şey mümkündür. Biz İngiltərə çempionuna layiqli müqavimət göstərdiyimizi isbat etməyə çalışacağıq.
 
- Bakıda sənə doğma olan mədəniyyətlə qarşılaşırsan. Bu sənin üçün vacib məqamdır?
- Bəli, əlbəttə! Sankt-Pterburqdan sonra Trabzonda yaşamaq mənə çətin idi. Ancaq Türkiyədə özümü yaxşı hiss edirdim. Adaptasiya üçün bir ay vaxt lazım oldu. Slovakiyada mühitə uyğunlaşmaq isə daha ağır idi. Bakı mənim üçün Sankt-Peterburq kimidir. Burda özümü evdəki kimi hiss edirəm.
 
- Sankt-Pterburqda özünü din, mentalitet və ənənələr baxımından rahat hiss edirsən?
- Əlbəttə. Bu şəhəri çox sevirəm. Ailəm, qohumlarım və dostlarım bu şəhərdədir. Sankt-Pterburqa gələndə özümü rahat hiss edirəm.
 
- Sənin sabiq klubun “Zenit” barədə nə düşünürsən?
- “Zenit” bir çox transferlər edib yeni komanda qurdu. Düşünürəm ki, indi Rusiyada “Zenit”ə rəqib yoxdur. “Spartak” və “Rostov”la oyunda da buna şahid oldum ki, “Zenit” çox güclüdür.
 
- İndi “Zenit”də oynaya bilərsən?
- İndi mənim fərqli düşüncələrim və karyeram var. Yeni hədəflərim barədə düşünürəm. Onlar barədə fikirləşməyim daha vacibdir.
 
- Bu gün 21 yaşlı hücumçu Sebastian Driussi “Zenit”də əsas heyət oyunçusudur. Amma sənə şans verilmədi. Bəlkə etiraf etmək lazımdır ki, Driussi güclü futbolçudur?
- Bu suala cavab vermək mənim üçün çox çətindir. Böyük pullar qarşılığında alınan legionerlər həmişə daha çox şans əldə edirlər. Amma bu mövzu üzərində düşünmək istəməzdim. Əgər onlar mənə güvənməyiblərsə, deməli, hazır deyildim.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat