Dieqo Koştanın agenti İstanbula danışıqlara gəldi

Sayta qoyulub: 10:07 07.09.2017 (333 dəfə oxunub)

Türkiyədə transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış keçidlərlə bağlı dedi-qodular artmaqdadır.

 

Ən çox adı hallanan klub isə Fənərbağçadır.

 

Yayılan məlumata görə İstanbul təmsilçisi Çelsinin forvardı Dieqo Koştanı heyətinə qatmağa çox yaxındır. Hazırda futbolçunun agenti Rikardo Kardoso Türkiyədədir və Fənərbağça ilə danışıqlar aparır. İstanbul klubu onu 1 illiyinə icarəyə götürmək istəyir.


Dieqo Koştanın agenti İstanbula danışıqlara gəldi

XƏBƏR LENTİ