Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Bütün transferlər burada (online)

Sayta qoyulub: 23:22 31.08.2017 (821 dəfə oxunub)

Bütün transferlər burada (online)



Transfer pəncərəsinin son günündə bütün keçidlərlə sizi tanış eirik. Xatırladaq ki, İtaliya , İngiltərə , Fransa və Almaniyada transferlər bu gün yekunlaşır. İspaniyada isə pəncərə sabah gecə bağlanacaq.

 

Günün əsas keçidləri:

Kilian Mbappe

Renatu Sanşeş

Fernando Lorente

Drinkouter

Okslyd-Çemberlen

 

Xatırladaq ki, İspaniyada pəncərə sabah bağlanır. Bu isə o deməkdir ki, Marez və Koutinyonun keçidi sabah da gerçəkləşə bilər.

 

 

 

02-00

İngiltərə və Fransada transfer pəncərəsi bağlandı

 

01-59

Nitsa Lesterdən Mendini icaərəyə götürüb

 

01-58

Bafetimbi Qomisi Qalatasaraya satan Marsel Kostas Mitroqlunu heyətinə qatdı.

 

Bütün transferlər burada (online)

 

01-55

Lester Bayer Leverkuzendən Aleksandr Draqoviçi 1 iliyinə icarəyə götürdü

 

Bütün transferlər burada (online)

 

01-49

Brayton qapıçı Timo Krulla müqavilə imzaldı

 

01-48

Torino Genoanın müdafiəçisi Nikolas Burdissonu transfer edib.

 

Bütün transferlər burada (online)

 

 

01-29

Drinkouter Çelsi ilə anlaşdı. Çox güman ki, Çelsi futbolçunu qeydiyyata salmağa gecikməyəcək

 

Bütün transferlər burada (online)

 

01-21

Seltik PSG-dən Odson Eduardı uzunmüddətli icarəyə götürdü.

 

Bütün transferlər burada (online)

 

01-18

Mançester Sitinin forvardı Vilfrid Boni Suonsidə oynayacaq


Bütün transferlər burada (online)


01-16

Sampdoriya Napoliyə 22 milyon ödəyərək 2 futbolçusunu alıb. Bunlar müdafiəçi İvan Striniç cə hücumçu Duvan Sapatadır.


01-15

Benfika Qabriel Barbozadan başqa Barselonadan da Duqlası icarəyə götürdü.

 

 

Bütün transferlər burada (online)

 

01-15

Evertonun futbolçusu Barkli Çelsinin təklifini rədd edib. Bir müddət əvvəl o , Tottenhemin də təklifinə müsbət cavab verməmişdi. Eyni zamanda futbolçu gələn il bitəcək müqaviləsini uzatmaq da istəmir.


01-07

Adı bir sıra türk klubları ilə hallanan Hatem Ben Arfa PSG-də qaldığını elan edib.


Bütün transferlər burada (online)


01-05

İtaliyanın İnter klubu Qabriel Barbozanı Benfikaya icarəyə verib. Futbolçu keçidindən sonra İtaliya klubuna minnətdarlığını da ildirməyi unutmayıb.


Bütün transferlər burada (online)


00-55

İtaliyanın İnter klubu Atalantanın müdafiəçisi Bastoni  və Kanın forvardı Karamo ilə heyətini gücləndirib.


Bütün transferlər burada (online)


00-27


İspaniyanın Betis klubu Arsenalın forvardı Xoel Kempeli heyətinə qatıb. Kempel vaxtilə Andalusiya klubunun şərəfini qoruyub. Ötən mövsümü o , icarə əsasında Sportinq klubunda keçirmişdi.


Bütün transferlər burada (online)


00-15

Sevilya Qalatasaraydan Lionel Karole ilə heyətini gücləndirib.


Bütün transferlər burada (online)



00-04

Londonun Arsenal klubu daha bir futbolçusu ilə vidalaşıb. Lukas Peres gəldiyi Deportivoya icarə  əsasında qayıdıb.


00-01

Liverpulun futboçusu Divok Origi Volfsburqa icarəyə verilib.


23-56

Çelsi Torinodan Zappakostanı heyətinə qatır. Onun üçün Çelsi Torioya 28 milyon avro ödəyəcək.

 

Bütün transferlər burada (online)

 

23-34

Böyük ümidlərlə alınan Renatu Sanşeşi Bavariya Suonsiyə icarəyə göndərib.

 

22-35

İspaniyanın Alaves komandası vaxtilə böyük vədlər verən Boyan Krkiçi heyətinə qatıb.


Bütün transferlər burada (online)



17-04

Çoxdan gözlənilən daha bir keçid baş tutub.


PSG Monakonun forvardı Kilian Mbappeni heyətinə qatıb. 

 


Bütün transferlər burada (online)



16-57

Qalatasarayın Kvadvo Asamoanı transfer etmək cəhdi bir nəticə verməyib.

Bu gün futbolçunun transferinin razılaşdırıldığı bəyan edilmişdi. Məlumata görə Qalatasaray futbolçunu 4,7 milyon avroya transfer etməliydi.

Lakin Turin təmsilçisi son anda onu satmaqdan vaz keçib. Buna da səbəb Atalantadan Spinazzolanın alınmaması olub.


Bütün transferlər burada (online)



16-00


М'Baye Nyanq Milandan Torinoya keçib.


Torino futbolçunu icarəyə götürməkdən əlavə gələn yay transferi 20 miloyna tam reallaşdırmalıdır.



Xatırladaq ki, 22 yaşlı futbolçu üçün Milanla Spartak razılığa gəlsələr də gənc forvard Rusiyaya yollanmaq istəməyib.




Bütün transferlər burada (online)





15-50


Filippe Koutinyo Liverpuldan Barselonaya keçəcək. Bu barədə  The Sun qəzeti məlumat verib. Nəşrin xəbərinə görə transfer haqda rəsmi məlumat Bakı vaxtı ilə saat 22-00-da veriləcək.


Transferin dəyəri 150 milyon avro olmalıdır. Bəzi mənbələr daha fərqli məbləğlər yazır.


Koutinyo Liverpulun heyətində 181 oyunda 47 qol vurub.






15-45


Tottenhem klubu uzun müddət idi ki, xəbərləri dolaşan transferi gerçəkləşdirib.

London klubu PSG-nin sağ cinah müdafiəçisi Serj Oryeni heyətinə qatıb.

Bu barədə Tottenhemin rəsmi saytı məlumat verib.

Futbolçuyla 5 illik müqavilə imzalanıb. Transferin dəyəri 25 milyon avrodur.



Bütün transferlər burada (online)




15-44


Suonsinin forvardı Fernando Lorente yaxın saatlarda Tottenhemə keçəcək.


Uels komandası 32 yaşlı bask futbolçunu London klubuna satmağa razı olub.


Xatırladaq ki, dünən Çelsi də Lorente üçün təklif göndərmişdi. Lakin sonda Tottenhem daha çevik tərpənib.





15-35


Arsenal klubu bu gün transfer pəncərəsinin son saatlarında ən çox adı hallanacaq klublardan biri olmalıdır.


Belə ki, London klubunun futbolçusu Aleksis Sançes komandanı tərk etmək istəyir.


Onu heyətinə qatmaq planı olan komandalar isə Mançester Siti və PSG-dir.


Bir qədər əvvəl London klubundan bununla bağlı xüsusi bəyanat gəlib.


Arsenal Sançesi yalnız PSG-dən Yulian Draksleri transfer edəcəyi təqdirdə buraxacaq.


Xatırladaq ki, MS Sançes üçün Arsenala 70 milyon təklif edir.


Bütün transferlər burada (online)





13-20


Valensiyanın yarımmüdafiəçisi Luiş Nani klubunu dəyişir. Football Italianın məlumatına görə portuqaliyalı ulduz Lasioya keçib.


Dünən 30 yaşlı müdafiəçi tibbi müayinədən keçmək üçün Romaya gəlib.Naniyə görə Lasio Valensiyaya 16 milyon ödəyəcək. Bundan başqa onun 8 milyona icarəyə götürüləcəyi variantı da var.


Naninin Valensiya ilə 2019-cu ilə qədər sözləşməsi var. Ötən yay Valensiya onu Fənərbağçadan 8,5 milyon avroya almışdı.


Bütün transferlər burada (online)




12-35


Qremionun futbolçusu Pedro Roşa tibbi müayinədən keçib və Spartakla 5 illik müqavilə imzalayıb


22 yaşlı futbolçunun sentyabrın 4-də Rusiya paytaxtına gəlişi gözlənilir.


Pedro Roşa hər iki cinahda və hücumun mərkəzində oynamağı bacarır. O , Braziliya çempionatının 15 oyununda 3 qol vurub.





12-22


İstanbulun "Beşiktaş" klubunda bir ayrılıq reallaşıb. "Qara qartallar"ın alman müdafiəçisi Andreas Bek karyerasını vətənində davam etdirəcək. Belə ki, 30 yaşlı cinah oyunçusu "Ştutqart"a transfer olub. Bundes Liqa təmsilçisi bu keçid üçün "ağ-qaralar"a 2 milyon avro ödəyəcək. Qeyd edək ki, Bek 2015-ci ildə "Beşiktaş"a "Hoffenhaym"dan transfer olmuşdu.




11-56


Bayer Leverkuzenin yarımmüdafiəçisi Kevin Kampl karyerasını Leypsiqdə dəyişəcək. Bu barədə  Bild məlumat verib.


Məlumata görə Leypsiq sloveniyalı futbolçu üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.Bu qiymət daha 20 milyon arta bilər. Belə ki, Leypsiq bundesliqanın yekununa görə yenidən çempionlar liqasında oynamaq hüququ əldə etsə , Bayerə əlavə daha 20 milyon ödəniləcək.Kamplın özü isə yeni klubunda 3 milyon avro məvaciblə ən yüksəködənişli futbolçu olacaq.


Xatırladaq ki, bu mövsüm Kampl Bayerin heyətində yalnız 1 oyunda meydana çıxıb.



Bütün transferlər burada (online)


XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat