Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Ramil Quliyev:"Yeməyə çörək tapmırdıq" . Dünya çempionu Azərbaycandakı vəziyyəti və uğurları haqqında

Sayta qoyulub: 10:16 12.08.2017 (445 dəfə oxunub)

Ramil Quliyev:"Yeməyə çörək tapmırdıq" . Dünya çempionu Azərbaycandakı vəziyyəti və uğurları haqqında

 

 

Londonda 200 metr məsafədə dünya çempionu olan Ramil Quliyev Türkiyənin  HABERTÜRK kanalının müxbiri Murat Ağca-ya geniş müsahibə verib:


"TƏSADÜF DEYİL, ZƏHMƏTDİR!" 

“Qızıl medal üçün şansım 50-nin 50-yə idi. Bunu bacara bildim. İndi isə xəyallarımın gerçəkləşdiyi yerdəyəm.Bura yüksəlməkdən də çətini burada qalmaqdır. Əlimdən gələni edib , titulu qorumağa və bunun bir təsadüf olmadığını sübut edəcəyəm...”


Ramil Quliyev:"Yeməyə çörək tapmırdıq" . Dünya çempionu Azərbaycandakı vəziyyəti və uğurları haqqında


Gənclərdə vaxtilə  Usain Boltun ardından ən sürətli 2-ci idmançı olan Ramil üzə yeni çıxan atlet olmadığını qeyd edir: “Son 5 ildə çox böyük nailiyyətlərim olub. Üzdə olan atletlərdənəm. 2015-ci ildə 200 metri  19.88-ə qaçmışdım. Dünya çempionatları və Olimpiya oyunlarında finallara yüksəlmişəm.Güclü idim , amma zamanımı gözləyirdim. O gün , bu gün imiş...”


"ÜÇ İL GÖZLƏDİM"

“Azərbaycan-da lazım olan şəraiti görmədiyim üçün bura gəldim. Fənərbağça mənə qucaq açdı.2011-ci ildə vətəndaş oldum , lakin Azərbaycan heç cür izn vermirdi. Bu səbəbdən də 2012 London olimpiadası,  2013 Dünya çempionatında iştirak edə bilmədim. Ay-ulduzlu bayraq üçün yarışmağa görə 3 il gözləmək məcburiyyətində qaldım.Yaxşı ki, səbirli olub gözləmişəm.”


"O HƏLƏ DƏ KRALDIR"

“Son 4 dünya çempionatında Boltun qazandığı yarışın qalibi olmağım , onun yerinə kral olduğumu göstərməz. Çünkü o bu yarışda iştirak etmədi. Bolt hələ də atletikanın  kralıdır. Mən onun vəliəhdi deyil , ancaq xələfi ola bilərəm. 10 il ərzində rekordlarının qırıla biləcəyini düşünürəm. Öz potensialımı isə  19.50 saniyəyə qaçmaq kimi görürəm.”




Ramil Quliyev:"Yeməyə çörək tapmırdıq" . Dünya çempionu Azərbaycandakı vəziyyəti və uğurları haqqında

 

"AXŞAM YEMƏYİ  YEMƏZDİK"

“Yoxsulluq  içində böyüdüm. Mən uşaq olarkən anam və atam işləyirdi. Amma hamı kimi axşam yeməyi yeməzdik. Çox çətin günlər keçirdik. Normal oxuya bilmədim. Sonra, məni kəşf edən atamı itirdik. İndi çox şükür anam və sevdiklərim yanımdadır. Hər cür imkana sahibəm. Türkiyədə mənə dəstək olan hər kəsə minnətdaram.”


"KAŞ Kİ , OXUSAYDIM"

“Gərgin vaxtlarda həftədə 10 dəfə məşq edirəm. Həftəyə 60 saat edir. Bəzən ağlıma anamın mənə uşaq ikən  ‘Oxu oğlum’ dediyi anlar gəlir. Mən də kaş ki, vaxtında oxusaydım - düşünürəm Amma uğur qazandıqca  ‘Yaxşı ki, bu idmanı seçmişəm’ deyirəm.”


Ramil Quliyev:"Yeməyə çörək tapmırdıq" . Dünya çempionu Azərbaycandakı vəziyyəti və uğurları haqqında

 

 

 

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat