Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Azərbaycanla bağlılığı olan məşhur futbolçular

Sayta qoyulub: 13:25 31.07.2017 (703 dəfə oxunub)

Azərbaycanla bağlılığı olan məşhur futbolçular

 

Dünya futbolunda Azərbaycanla bağlılığı olan çoxlu futbolçu var. Necə? Bu yazıda  suala aydınlıq gələcək. Onlardan bəziləri dünya futbolunda iz qoymuş məşhur oyunçulardır, başqa dillə desək, dünya ulduzlarıdır. Bəziləri Azərbaycan millisi ilə oyunda debüt edib, bəziləri ilk qollarını Azərbaycana vurub, bəziləri isə ilk qırmızı vərəqələrini yığmamızla oyunda əldə edib. Elə isə başlayaq.

1. Zlatan İbrahimoviç (İsveç) – Dünyanın ən məşhur ulduzlarından sayılan bosniya-xorvat əsilli isveçli hücumçu ilk rəsmi oyununu məhz Azərbaycan millisinə qarşı keçirib. 2001-ci ilin oktyabrın 7-də dünya çempionatının seçmə mərhələsinin oyununda Zlatan 70-ci dəqiqədə Cahangir Həsənzadənin qapısından 3-cü topu keçirib. Bu onun yığmada ilk qolu olub. Xatırladaq ki, yığma karyerasını ötən il Avropa çempionatından sonra başa vurmuş İbrahimoviç 2015-ci ildə ov etmək məqsədi ilə Azərbaycanda olub.

2. Andeş Svenson (İsveç) – Zlatan İbrahimoviçin yerlisi də ilk qolunu Azərbaycana vurub. İsveç millisinin sabiq kapitanı həmin seçmə mərhələnin Bakıda keçirilmiş ilk oyununda (2000-ci ilin sentyabrın 2-də) 10-cu dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb. Cərimə zərbələri bacarığı ilə seçilən futbolçu uzaq məsafədən Dmitri Kramarenkonu məyus edib. Yeri gəlmişkən, 1 il sonrakı cavab qarşılaşmasında (3:0) hesabı açan da məhz Svenson olub. Onun Azərbaycana 2-ci gəlişi isə 2014-cü ilə təsadüf edib. Karyerasında cəmi 2 klubda oynamış Svenson Avropa Liqasının II təsnifat mərhələsi üçün “Elfsbory” komandası ilə Bakı “İnter”inə rəqib olub.

3. Andrea Pirlo (İtaliya) – Hazırda ABŞ-ın “Nyu York Siti” klubunda karyerasının son illərini yaşayan Pirlo 2002-ci ilin sentyabrın 7-də Bakıda İtaliyanın əsas millisi ilə debüt edib. Covanni Trapattoni onu meydana buraxanda Pirlonun 23 yaşı vardı. Avropa çempionatının seçmə oyunu sayılan bu görüşdə italyanlar millimizə 2:0 qalib gəliblər. Pirlo bundan sonra İtaliya millisində daha 115 oyun keçirib. “İnter”, “Milan” və “Yuventus”un sabiq futbolçusu ötən seçmə mərhələdə Azərbaycan millisinə qarşı forma geyinib. Hətta o, Rauf Əliyevə qarşı kobudluğuna görə, Palermoda keçirilmiş matçda (2:1) sarı vərəqə ilə də cəzalandırılıb.

4. Musa Dembele (Belçika) – Mali əsilli belçikalı futbolçu əsas yığmada cəmi 5 qol vurub. Bunlardan ilki isə Azərbaycanla oyunda vurulub. Ümumiyyətlə, 2006-cı ilin oktyabrın 11-də Belçikanın 3:0 qalib gəldiyi görüş Dembele üçün ilklərlə zəngin olub. O, 70-ci dəqiqədə “Neftçi”nin sabiq hücumçusu Emil Empenzanın yerinə meydana daxil olub və 12 dəqiqə sonra millidə ilk qolunu Fərhad Vəliyevin qapısından keçirib. Lakin 86-cı dəqiqədə kapitanımız Aslan Kərimova qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu onun millidə yeganə qırmızı vərəqəsidir. Həmin matçın ilk hissəsinin əlavə olunmuş dəqiqələrində 33-cü dəqiqədə meydana daxil olmuş İlqar Qurbanovun da qovulduğunu xatırladaq. Yeri gəlmişkən, tərəflərin Bakıdakı cavab oyununda (21.11.2007) yeganə qolun müəllifi Luici Pyeroni də rəsmi matçda ilk və son qolunu məhz Azərbaycana vurub.

5. Enes Ünal (Türkiyə) – “Mançester Siti”, “Tvente” kimi məşhur klublardan sonra bu mövsümdən “Viyarreal”ın şərəfini qoruyacaq Enes Ünal məhz Azərbaycandakı çıxışından sonra daha çox diqqətləri öz üzərinə çəkib. O, 2012-ci ildə AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilmiş U-17 millilər arasında III Kaspian Kubokunda təşkilatçılar tərəfindən turnirin ən yaxşı oyunçusu seçilib. O, 4:1 başa çatan final matçında Azərbaycan millisinə 3 qol vurub. Türkiyəyə qayıtdıqdan sonra isə Ünal “Bursaspor”un əsas komandası ilə müqavilə bağlayıb.

6. Aleksandr Kerjakov (Rusiya) – O, 2000-ci ildə Avstriyanın Braunau şəhərində 18 yaşlılardan ibarət yığma komandalar (indiki U-19) arasında keçirilən Avropa çempionatının Azərbaycanla seçmə mərhələ matçında məşhurlaşıb. Belə ki, şimal qonşularımızın yığmamızı 10:0 hesabı ilə məğlub etdiyi görüşdə Kerjakov pokerə imza atıb. Bundan başqa, Rusiya millisinin indiyədək ən çox qol vurmuş futbolçusu olan Kerjakov 2014-cü ilin sentyabrın 3-də yoldaşlıq görüşündə Azərbaycanın əsas millisinə 2 qol vurub. Görüş şimal qonşularımızın 4:0 hesablı darmadağını ilə nəticələnib.

7. Lorik Tsana (Albaniya) – “Qalatasaray”ın sabiq futbolçusu millidə ilk və son qolunu məhz yığmamıza vurub. 3 dəfə ölkəsində ən yaxşı futbolçu seçilmiş Tsana 2005-ci ilin avqustun 17-də Albaniya – Azərbaycan yoldaşlıq oyununda qələbə topunu vurub (2:1).

8. Pauleta (Portuqaliya) – Pedru Pauleta millidə ilk oyununu 1997-ci ildə Ermənistana qarşı keçirsə də, ilk qolunu 2 il sonra vurub. O, 1999-cu ilin martın 26-da Azərbaycan millisinə qarşı edilən “soyqırım”ın baiskarlarından olub. 7:0 başa çatan “Qimaraynş faciə”sində Pauleta Kramarenkonun qapısından 2 top keçirib.

9. Kristof Düqari və Marsel Desayi (Fransa) – 1995-ci ilin sentyabrın 6-da Fransa millisinin Oser şəhərində Azərbaycan millisinin tarixinə düşdüyü 10:0 hesablı darmadağında məhz bu 2 futbolçu “siftə”lərini edib. Desayi ilk dəfə Fransa millisini kapitan kimi məhz bu oyunda meydana çıxarıb. 13-cü dəqiqədə hesabı açan da o olub. Desayi kimi, Düqari də 66-cı dəqiqədə ilk qolunu vurub. Yeri gəlmişkən, bu matçda 71-ci dəqiqədə hesabı 7:0 edən isə daha məşhur ulduz Zinedin Zidan olub.

10. Brunu Alviş və Uqo Almeyda (Portuqaliya) – Bu 2 məşhur futbolçu da ilk qollarını Azərbaycan yığmasına vurub. Mərkəz müdafiəçisi olan Alviş başla, hücumçu Almeyda isə akrobatik zərbə ilə Fərhad Vəliyevi məyus edib. Görüş 2007-ci ilin oktyabrın 13-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Maraqlıdır ki, bu 2 futbolçu sonradan “Fənərbaxça” və “Beşiktaş”da çıxış edib. Bu 2 futbolçu ilə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, 6 il sonra Bakıda keçirilmiş bir digər Azərbaycan – Portuqaliya görüşündə də hesab eyni olub və qolları da məhz bu 2 futbolçu qapımızdan keçirib. Bu dəfə isə qapımızda Kamran Ağayev həmin məyusluğu yaşayıb. Onu da bildirək ki, əsas yığmada 11 qol vurmuş Alviş Azərbaycanın qapısına 3 dəfə yol tapıb. O, 2012-ci ildə Braqadakı görüşdə (3:0) də fərqlənərək yığmasının son qolunu vurub.

11. Holqer Batştuber (Almaniya) – Əsas millidə yeganə qolunu Azərbaycan millisinə vurmuş daha bir futbolçu. Mərkəz müdafiəçisi Kölndə 2010-cu ilin sentyabrın 7-də almanların 6:1 millimizi darmadağın etdiyi görüşdə qol vurub. O, Məsut Özilin künc zərbəsindən sonra başla fərqlənib və hesabı 5:1 edib.

12. İbrahim Üzülməz (Türkiyə) – O da Batştuber kimi mərkəz müdafiəçisidir və millidə ilk və son qolunu Azərbaycan yığmasına vurub. 2009-cu ilin iyunun 2-də Kayseridə keçirilən dostluq qarşılaşmasının 74-cü dəqiqəsində sol ayağı ilə endirdiyi zərbəyə Fərhad Vəliyev mane ola bilməyib. Görüş türklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

13. Şota Arveladze (Gürcüstan) – Qonşu ölkənin millidə ən çox qol vuran (26) futbolçusu Azərbaycan millisinə qol vuranda hələ məşhurluq qazanmamışdı. Belə ki, 1992-ci ilin sentyabrın 17-də Qurcaani rayonunda Gürcüstan və Azərbaycan milliləri yoldaşlıq oyununa çıxmışdı. Müstəqil Azərbaycanın ilk oyunu kimi tarixə düşən bu matçda gürcülər 6:3 qalib gəlmiş, onlardan 4-cü qolu Şota vurmuşdu. Bu onun ilk qolu idi. Sonradan Şota əkiz qardaşı Arçil kimi məşhurlaşdı. O, “Trabzonspor”, “Ayaks” və “Reyncers” kimi məşhur klublarda çıxış etdi.

14. Marko Arnautoviç (Avstriya) – Hücumçu olan serbmənşəli avstriyalı futbolçu 2010-cu ilin 8 oktyabrında Vyanada Azərbaycan millisinə ilk qollarını vurub. 3:0 hesabı ilə başa çatmış görüşdə son 2 qol ona məxsusdur.

15. Matteo Darmyan (İtaliya) – “Mançester Yunayted”in futbolçusu millidə ilk qolunu 2015-ci ilin oktyabrın 10-da millimizə vurub. Özü də bu qol Bakıda olub. Olimpiya stadionunda keçirilən görüşdə müdafiəçi olan Darmyan matçda son qolu vurub – 3:1. Bu onun hələ ki yığmada yeganə qoludur.

Qeyd edək ki, Azərbaycana ilk qolunu vuran futbolçular arasında Nikola Lazetiç, Naser Şadli, Marselo Brozoviç kimi futbolçular da var 

 

(Səbuhi TOFİQOĞLU)

 

Prosport.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat