Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək

Sayta qoyulub: 14:35 16.07.2017 (215 dəfə oxunub)

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb. Həmyerlimiz ÇL-nin II təsnifat mərhələsinin cavab matçında – “Rosenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq. Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq. Qeyd edək ki, bu komandalar arasında İrlandiyada keçirilən ilk görüş 1 - 1 hesablı bərabərliklə başa çatıb.

XƏBƏR LENTİ