Mourinyodan Ronaldonun transferi haqda açıqlama

Sayta qoyulub: 12:09 16.07.2017 (371 dəfə oxunub)

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Real”ın hücumçusu Kriştiano Ronaldonu transfer edəcəklərinə dair yayılan xəbərlərə münasibət bildirib.


Portuqaliyalı mütəxəssis həmyerlisini almaq barədə fikirləşmədiklərini deyib: 


“Ronaldo “Real” üçün vacib oyunçudur. Bundan başqa Madrid klubu maddi tərəfdən də güclüdür. Buna görə də bizim Ronaldonun oradan gedəcəyini düşünməyimizə əsas yoxdur. Bir də ki, mən çalışdığım kluba alınması mümkün olmayan oyunçuları dəvət etmirəm”.

 

 

Mourinyodan Ronaldonun transferi haqda açıqlama

 

 

 

qol.az

XƏBƏR LENTİ