Gələn həftə polyak qapıçı Yuventusa transfer olunacaq

Sayta qoyulub: 10:02 15.07.2017 (250 dəfə oxunub)

Arsenalın qapıçısı Voysex Şesnı Yuventusa keçmək üzrədir. Son 2 mövsümü polyak qapıçı Romada icarə əsasında oynayıb.

 

27 yaşlı qolkiperin gələn həftə Yuventusla müqavilə bağlayacağı və bundan sonra Turin klubunun ABŞ-dakı turnesinə yollanması gözlənilir.

 

Arsenalla Şesnının müqaviləsi 2018-ci ilə qədərdir. Onun keçidinə görə Yuventus 17 milyon avro ödəyəcək.

 

Gələn həftə polyak qapıçı Yuventusa transfer olunacaq

XƏBƏR LENTİ