Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

“Qarabağ”dan üçüncü mərhələnin püşkünə münasibət

Sayta qoyulub: 15:16 14.07.2017 (162 dəfə oxunub)

"Həm "Şerif", həm də "Kukesi" güclü rəqiblərdir. Ancaq indidən hansı komanda ilə qarşılaşacağımızdan danışmaq düzgün olmazdı".


Bu fikirləri "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl bildirib. Çempionlar Liqasında (ÇL) ölkəmizi təmsil edən Ağdam təmsilçisinin III təsnifat mərhələsində potensila rəqibi müəyyənləşib. Çempionumuz ilk oyunda evdə 5:0 hesabı ilə qalib gəldiyi Gürcüstanın "Samtredia" klubunu keçərsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə üzləşəcək. Moldovada keçirilən ilk matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.


"Qarabağ"ın mərhələ keçmək vəzifəsini demək olar həll etsə də, Çəlikəl hadisələri qabaqlamağı məqsədəuyğun saymır: "Çünki biz III təsnifat mərhələsinə vəsiqəni hələ rəsmiləşdirməmişik. Qarşıda hələ 90 dəqiqə var. Gürcüstandakı cavab oyununa köklənmişik. İndi "Qarabağ"da heç kəsin ağlından keçimir ki, Moldova və ya Albaniya klubunu düşünək. Növbəti mərhələyə keçməyi rəsmiləşdirməli və bu zaman rəqibimiz konkret bilinəndən sonra ona hazırlaşacağıq. İndidən növbəti mərhələdəki sınaq haqda düşünsək, bu, konsentrasiyanı poza bilər. Biz isə bu diqqətimizi qarşıdakı səfər oyununa yönətlmişik. Həm də rəqibləri təhlil etmək bizim işimiz deyil. Bu, məşqçilərə aid məsələdir".


Hər halda, Azərbaycan çempionunun nəhayət, Avropanın ən nüfuzlu klub turnirində ilk dəfə pley-offa çıxmaq şansları yüksəkdir. Çünki əvvəlki illərlə müqayisədə "Qarabağ"a düşən potensial rəqibi, istər "Şerif"i, istərsə də "Kukesi"ni münasib saymaq olar.


Əmra Çəlikəl: "İnşallah, bu il Çempionlar Liqasında pley-offa çıxarıq. Biz bunu çox istəyirik. Söhbət növbəti rəqibin münasib və ya çətin olmasından getmir. Əsas odur ki, biz düşəcək rəqiblə oyunda nəticə qazanmağı haqq edək"




(sport24.az).

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat