Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Fariz Nəcəfov: "Büdcəmiz elə də geniş deyil"

Sayta qoyulub: 21:59 13.07.2017 (131 dəfə oxunub)

Fariz Nəcəfov: "Büdcəmiz elə də geniş deyil"

 

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Yagelloniya” ilə matçdan sonra brifinq keçirib. Klub rəsmisi əvvəlcə 1:1 hesabı ilə yekunlaşan görüş barədə fikirlərini bildirib:

- Bu nəticəni gözlənilən saymaq olar. Əvvəldən də demişdim ki, komanda hələ tam hazır deyil. Bu, meydanda göründü. Yeni oyunlarçular komandaya tam uyğunlaşmayıblar. Nəticə rəqib üçün sərfəlidir. Hər şey növbəti oyunda həll olunacaq.

- Yeni transferlərdən bu gün razı qaldınız?

- Tam olmasa da, bəli, razı qaıldım. Onlar hələ 100 faiz hazır deyillər. Qarşıdakı oyunlardan sonra bu suala dəqiq cavab vermək olar.

- Belə görünür ki, gedənlərin yeri tam doldurulmayıb...

- İndiki məqamda belə görünməsi normaldır.

- Artıq 2-3 mövsümdür çempionat bitəndən sonra komandanızın heyəti böyük ölçüdə dəyişir. Bunun qarşısını almaq olmaz?

- Biz əyalət komandasıyıq. Legionerlər Qəbələdə 1 ildən artıq qalmırlar. Həm də büdcəmiz elə də geniş deyil. Nika bizdən bu mövsüm üçün keçənilki ilə müqayisədə 3 dəfə artıq pul istədi. Ona görə də yollarımızı ayırdıq. Gedənlərin heç birinin komandadan ayrılmasını istəmirdik.

- Mərhələ adlayacağınıza ümidiniz var?

- “Qəbələ”dən hər şey gözləmək olar.

- Cavab oyununda “Qəbələ”yə nə kömək ola bilər?

- Həmişə gücümüz çatanın maksimumunu etməyə çalışmışıq. “Yagelloniya”nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram.

- Səfərə 4 gün əvvəldən getməyiniz nə ilə əlaqədardır?

- Çarterlə getməyə büdcəmiz imkan vermir. Məcburuq adi reyslə gedək. 2 gün əvvəl səfərə çıxsaq, komandada yorğunçuluq olacaq.

- Mərhələni adlamaq mümkün olmasa, yeni tranfserlərin taleyi necə olacaq?

- Komandanı yalnız Avroliqa üçün qurmamışıq. Legionerlərlə 2, 3 ilik müqavilələr bağışlamışıq. Səfərdə uduzsaq, çempionata hazırlaşmalı olacağıq.

- Oyunu klubun prezidenti, sponsorları da izləyirdi. Onların fikirləri necədir?

- Oyundan sonra danışmadılar. Onlar da bu gün daha artığını gözləyirdilər. Ən azı evdə oynadığımızı nəzərə alaraq, qələbə qazanmalıydıq.

- Nə vaxta kimi “Qəbələ” Avroliqa oyunlarını doğma meydanda yox, Bakıda keçirəcək?

- Büdcəmiz normallaşana, stadionumuz tikilib qurtaranana qədər.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat