Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Zaur Axundov: “İnter”də maliyyə problemi yoxdur”

Sayta qoyulub: 13:10 13.07.2017 (70 dəfə oxunub)

 

 

Zaur Axundov: “İnter”də maliyyə problemi yoxdur”

 

 

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Artıq avrokuboklarda zəif komanda yoxdur. “Fola” ilk mərhələdə Moldova klubunu mərhələdən kənarlaşdırıb. Bu səbəbdən də elə əvvəldən oyunun asan keçməyəcəyini bilirdim.

- Bu gün “İnter” “Mladost”la oyunda olduğu kimi parlaq çıxış etmədi...
- Hər oyun eyni səviyyədə keçə bilməz. 3-4 görüş ardıcıl eyni cür oynamaq da çətindir. 6 gün əvvəl ağır qarşılaşma keçirmişdik. Mövsümün əvvəlində çatışmayan cəhətlər olur. Üstəlik, eyni heyətlə mübarizə aparırıq, transfer edə bilmərik. Güc eyni oyunçuların üstünə düşür. Amma sevindirici haldır ki, geridə qalan müddətdə 3 oyun keçirmişik və qapımızda qol buraxmadan qalib gəlmişik. 8 gün vaxtımız var və cavab oyununa hazırlaşacağıq.

- Lüksemburqa tez uyğunlaşmaq üçün komanda səfərə daha erkən yollanacaq?
- Oyundan 2 gün öncə getmək istəyirik. Hələ ki planlarımız belədir. 

- Artıq 2 gün sonra Avroliqada III təsnifat mərhələsinin püşkü atılacaq...
- Nə potensial rəqib, nə də püşkatma barədə düşünmürəm. Futzalda da optimist insanam və bunu çox gözəl bilirsiniz. Mərhələ adlamayınca heç nə deməyəcəm. Lüksemburq klubunu keçmək asan olmayacaq. Heyətdə zədəli oyunçular da var. 

- Komandanın son durumu necədir?
- Maliyyə durumunda heç bir problemi yoxdu. AFFA-nın gül kimi bazası var. Dünya və Avropa səviyyəli stadion və bazadır. Ot örtüyü də standartlara uyğundur. Üstəlik, şəhərə yaxındı və məşqlə toplanışlar üçün əlverişlidir. Bizim üçün “Dalğa Arena” daha əlverişlidir.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat