Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Kubitsa mövsümiçi testlərdə iştirak edəcək?

Sayta qoyulub: 07:32 13.07.2017 (30 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Robert Kubitsa Macarıstan yarışından sonra keçiriləcək mövsümiçi testlərdə Renault R.S.17-nin sükanı arxasına keçə bilər.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edib biləyini zədələdikdən sonra 6 il Formula1 bolidi sürə bilməmişdi. 32 yaşlı sürücü iyun ayının əvvəlində Valensiyada Lotus-un 2012-ci il bolidi E20 ilə test edərək, bu həsrətə son qoymuşdu. Kubitsa daha sonra Qudvud sürət festivalında da E20-ni idarə etmişdi.

Renault komandası polşalı sürücünün hazırlıq səviyyəsini yoxlamaq üçün növbəti günlərdə Pol Rikar trasında daha bir test etməyi planlaşdırır. İddialara əsasən, fransızlar bu testlərdən sonra Kubitsanı Macarıstandakı mövsümiçi testlərdə R.S.17-nin sükanı arxasına keçirmək istəyirlər. Əgər bu baş versə, 32 yaşlı sürücü ilk dəfə Formula1-in yeni nəsil bolidlərini sürəcək.

Renault bu barədə heç bir açıqlama verməsə də, iddialara cavab verilməməsi bu ehtimalı artırır. Test yaxşı keşsə, Kubitsanın növbəti Qran Prilərdə birinci sərbəst yürüşlərə çıxacağı da gözlənilir. Qeyd edək ki, polşalı sürücünün yenidən trasa çıxa bilməsi üçün super lisenziya alması lazımdır, amma FİA-nın yarış direktoru Çarli Uaytinqin buna mane olması gözlənilmir.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat