Britaniya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Sayta qoyulub: 07:27 13.07.2017 (180 dəfə oxunub)

 

 

Britaniya Qran Prisinə bir neçə gün qalmış FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Silverstounda da Formula1 sürücülərini iki DRS zonası gözləyir. Dəyişikliklər böyük deyil, amma olduqca əhəmiyyətlidir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 2-ci, 6-cı, 9-cu, 15-ci və 16-cı döngələrin çöl tərəflərindəki işlənmiş təkərlərdən qurulmuş baryerlərin və TecPro baryerlərin uzunluğu artırılıb. 9-cu və 18-ci döngələrin çıxışlarına isə ikiqat porebriklər quraşdırılıb. Trasın 14-cü və 15-ci döngələrinin arasında olan hissənin sol tərəfinə isə torşəkilli hasar əlavə edilib.

Silverstounda DRS zonaları keçən il olduğu kimi, Wellington və Hangar düzlüklərində yerləşir. FİA-nın saytına istinadən bildiririk ki, üçüncü döngədən 25 metr əvvəl yerləşən ilk interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü beşinci döngədən 30 metr sonra başlayan DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. İkinci ölçmə nöqtəsi 10-cu döngədə yerləşir və 14-cü döngədən 55 metr sonra sistemi aktivləşdirmək mümkündür.

Britaniya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonalarıhttp://www.f-1.az/files/uploads/2017/07/f-1.az_2017-07-13_03-28-12-300x220.jpg 300w, http://www.f-1.az/files/uploads/2017/07/f-1.az_2017-07-13_03-28-12-768x563.jpg 768w" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" width="900" />

 

XƏBƏR LENTİ