Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Yagelloniya"nın baş məşqçisi: "Cütün taleyi Polşada həll olunacaq"

Sayta qoyulub: 20:23 12.07.2017 (131 dəfə oxunub)

"Yagelloniya"nın baş məşqçisi: "Cütün taleyi Polşada həll olunacaq"

 

"Bura güclü rəqiblə oynamağa gəlmişik. Bunun fərqindəyiq. Ən azı uduzmamağa çalışacağıq". Bunu Polşanın "Yagelloniya” komandasının baş məşqçisi İreniuş Mamrot Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ” ilə qarşıdakı görüşü şərh edərkən deyib. 47 yaşlı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Rəqibin oyun tərzi baxımından nə deyə bilərsiniz?

- Fərdi olaraq komanda çox güclüdür. Filip Ozobiçlə Araz Abdullayevi xüsusilə qeyd edərdim. Yaxşı baş məşqçiləri var. Mərkəz müdafiəçiləri barədə xoş söz deyə bilərəm. Rəqibin cəmi 3 matçını izləmişəm. Təəssüf ki, "Qəbələ" mübarizəyə I təsnifat mərhələsindən başlamadı. Belə olsaydı, onlar barədə daha çox məlumat toplayardıq.

- Cütün taleyini Bakıdakı, yoxsa Polşadakı oyun həll edəcək?
- Fikrimcə, Polşadakı matç həlledici olacaq. Eyni səviyyəli komandalar üz-üzə gəldiyi üçün bir görüşdə məsələnin həll olacağını düşünmürəm. Az hallarda belə olur.

 
 
- "Qəbələ"nin hazırkı qapıçısı David  Pietrzkeviç və sabiq qolkiperi Pavel Kapsa polşalıdır. Rəqib barədə onlardan məlumat almısınız?

- Kapsa çoxdan burada oynayıb. Petrzkeviçi isə tanımıram.

 
 
- Şansları necə qiymətləndirirsiniz?

- Fikrimcə, 50/50-dir.

 
 
- Avropa Liqasında məqsədiniz nədir?

- Hazırda mərhələ keçməkdir. İrəlilədikcə, iddiamız da artacaq.

 
 
- Bakıya uzun yol qət etmisiniz. Bu komandaya mənfi təsir göstərməyəcək ki?

- Düşnmürəm. Uzun olsa da, rahat səfərdir.

Qeyd edək ki, iyulun 13-də "Bakcell Arena”da keçiriləcək "Qəbələ” – "Yagelloniya” oyunu saat 21:00-da başlayacaq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat