Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Çingiz Hüseynzadə: "Güləş Federasiyasında böhran var"

Sayta qoyulub: 17:12 12.07.2017 (94 dəfə oxunub)

Çingiz Hüseynzadə: "Güləş Federasiyasında böhran var"
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin müsahibəsi.

- Olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasından dəvət aldığına dair xəbərlər, eləcə də Azərbaycan Güləş Federasiyasındakı problemlər nədən qaynaqlanır?
- Əsgərovun Türkmənistana getməsi məsələsindən məlumatım yoxdur. Azərbaycan Güləş Federasiyasındakı ümumi vəziyyət isə hamıya məlumdur. Məncə, Toğrul indi müalicə olunur. Başqa məlumatım yoxdur.
 
- "Vəziyyət hamıya məlumdur” deyərəkən, nəyi nəzərdə tutursunuz?
- Müəyyən böhran var. Çox yerdə böhran mövcuddur, federasiyada da həmçinin. Ümid edirəm ki, yaxın vaxtlarda həll edərlər.
 
- Azərbaycan Güləş Federasiyasının rəhbərliyində dəyişiklik gözlənilirmi?
- Gözlənilmir. Bu, federasiyanın daxili işidir.
 
- Sözügdən federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədovdur. Vergilər Nazirliyi isə imkanlı təşkilatdır...
- Mən bilmirəm, vergilərimi vaxtı-vaxtında verirəm, başqa şeylərdən xəbərim yoxdur.
 
- Belə başa düşdük ki, oradakı vəziyyət aydınlaşmayıb...
- Bu, federasiyanın daxili məsələsidir. Yəqin ki, özləri həll edəcəklər. Bizim səlahiyyətlərimiz xaricindədir.
 
- Müdaxilə etməyə lüzum görmürsünüz?
- Hələ ki lüzum yoxdur. Adətən, federasiyaların işinə Yay Olimpiya Oyunlarına hazırlıq prosesində müdaxilə edirik. Bizi maraqlandıran məsələlər olimpiada ilə bağlıdır. Gündəlik məsələlərə qarışmırıq, federasiya - ictimai təşkilatdır.
 
- Məlumat var ki, federasiya tərəfindən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından və "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra da idmançılara mükafat verilməyib...
- Bilmirəm, mükafat verilib, ya yox. Ancaq dövlət tərəfindən bütün mükafatlar verilib. Hesab etmirəm ki, idmançılar narazı qalar.
 
- İdmançıların aldıqları mükafatdan hansısa xeyriyyə təşkilatlarına vəsait köçürmələri barədə nəsə eşitmisiniz?
- Onu bilmirəm. Bu, hər bir idmançının şəxsi təşəbbüsü ola bilər. Bundan məlumatım yoxdur.
 
- Ölkə idmanında böhrandan çıxmaq üçün hansısa anti-böhran planı var? 
- Yox, ölkə idmanında vəziyyətdən çıxılır, bizdə böyük problemlər yoxdur. Heç bir problem görmürəm. 
 
 
- II Avropa Oyunlarını təşkil edəcək Minsk şəhəri Bakının hansı təcrübəsini öyrənmək istəyir?
- Azərbaycanın bütün təcrübəsini öyrənirlər və lazım olan bütün məlumatlar onlara verilir. Əlbəttə, ilk Avropa Oyunları zamanı Azərbaycanda yaradılmış şəraiti, təşkilatçılığı təkar edə bilməyəcəklər. Amma öz səviyyələrində yüksək hazırlıq görməyə çalışırlar.  

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat