Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

FİA-dan asılqanlarla bağlı növbəti qadağa

Sayta qoyulub: 08:43 12.07.2017 (77 dəfə oxunub)

Formula1 maşınlarının mühəndisləri həmişə reqlament dəyişikliyi zamanı qaydaların aydın yazılmadığı sahələrdən maksimum effektiv istifadə etməyə çalışırlar. Rəqibləri üzərində ancaq bu yolla üstünlük qazanmağı düşünən mühəndislərin son illərdə hiyləgərlikləri çox mürəkkəb formalar alır…

Azərbaycan Qran Prisi ərəfəsində FİA komandalara maraqlı bir qadağa əks olunmuş məktub göndəribmiş: bunda sonra arxa asılqanların hidravlik aktyuatorlarını yarışdan əvvəl qızdırmaq qadağan edilir. Bundan sonra məlum olub ki, beş komanda, o cümlədən Mercedes AMG, optimal klirens saxlamaq üçün çox ağıllı bir üsul tapıblar. Almaniyanın Auto Motor und Sport dərgisinin ekspertləri vəziyyəti təhlil etməyə çalışıblar.

Müasir Formula1 maşınlarının təchiz olunduqları sistemlər elə bir mürəkkəb səviyyəyə çatıblar ki, bəzən heç FİA-nın stüardları və mütəxəssisləri onlardan dərhal baş aça bilmirlər. Məsələn, cari mövsümdə bəzi komandalar arxa asılqanın bəzi komponentlərini əvvəlcədən qızdırmaqla, onun işçi xarakteristikasını dəyişirlər.

Bu çox yeni fikirdir, amma artıq beş komanda bu fikri reallaşdırıb. Məsələnin mahiyyəti ondadır ki, arxa asılqanın dempfer (rahatlama) rolunu ənənəvi amortizator deyil, maşının şaquli yellənməsinin qarşısını alan və köndələn stabilliyini təmin edən hidravlik aktyuator yerinə yetirir. Bu aktyuatorlar arxada korpusun altında, transmissiya elementlərinin içində olduğu üçün kənardan adi gözlə görünmürlər. Güman edilir ki, Mercedes AMG, Force İndia, Red Bull, Toro Rosso və McLaren komandaları bu yolu seçiblər.

Yoxlamalara, eləcə də rəqiblərdən daxil olan siqnallara əsasən, FİA-ya məlum olub ki, adı çəkilən bu komandalar trasda işə başlamazdan əvvəl hidravlik aktyuatorlardakı yağı qızdırırlar. Bazar günü bu iş günorta, yəni maşın hələ bağlı park rejimində olarkən yerinə yetirilir. Qızdırma zamanı yağın xarakteristikası dəyişir, bununla da yarışın gedişində asılqanın işini optimallaşdırmaq olur, ən əsası isə yarışın əvvəlində yanacaq çəni dolu olarkən klirensi lazımi səviyyədə saxlamaq mümkün olur.

Force İndia bu metoddan istifadə edən komandalardan biridir – maşında asılqanın komponentlərini qızdırmaq üçün isti hava axınından istifadə olunur. Komandanın texniki direktoru Əndi Qrin bunu inkar etmir: “Bizə çox vacibdir ki, yağın temperaturunu müyyən səviyyədə saxlayaq, bununla biz asfaltdan müəyyən aralığı (klirensi) stabil saxlaya bilirik. Yağ soyuq olanda klirens aşağı olur, qızdıqca klirens artır. Aydın məsələdir ki, trasda iş zamanı asılqanın çalışması da yağın temperaturunu artırır, ona görə də əvvəlcədən hər şey dəqiq hesablanmalıdır ki, zəruri klirens əldə olunsun”.

Üç həftə əvvəl Bakıda FİA bütün komandalara asılqanın elementlərinin xarici istilik mənbəyi ilə qızıdırılmasını qadağan edən məktub göndərmişdi. Burada söhbət birbaşa maşınla əlaqəsi olmayan qurğulardan gedirdi. Yəni xarici istilik mənbəyinin (məsələn, fen) istifadəsi bağlı park rejimində sazlanmaların dəyişdirilməsi kimi qiymətləndiriləcək və ya amortizatorun, stabilizatorun dəyişdirilməsinə bərabər tutulacaq – bunlar isə əlavə cərimə sanksiyası tələb edir.

Azərbaycan Qran Prisindən bir neçə gün sonra FİA bütün komandaların texniki direktorlarını bir daha xəbərdar edib ki, ilkin qızdırılma metodu qadağandır. Əndi Qrin bu qərardan narazı qalmışdı: “Əgər biz asılqanı kənardan qızdırmasaq, onda sürücülərimiz start düzlüyünə çıxmaq üçün bir neçə aqressiv dövrə vurmalıdırlar ki, yağın temperaturunu lazımi səviyyəyə qaldırsınlar. Yalnız bundan sonra sürücü maşının real balansını hiss edə bilər”.

Əgər biz inansaq ki, F1 mühəndisləri bu hiylədən üz döndəriblər, yalnız özümüzü aldatmış olarıq. Mercedes maşınlarında hidravlik aktyuatorlar korpusun içində transmissiya elementlərinin altında yerləşdirilib və ehtimal olunur ki, aktyuator transmissiya mayesinin hesabına qızdırılır. Çox güman ki, transmissiya sisteminin boruları aktyuatorlara çox yaxındır, hətta ola bilər ki, lap bitişikdir. Qaynar trasnmissiya mayesi öz istiliyini verir və aktyuatorlardakı yağın xassəsi dəyişir.

Beləliklə, asılqanın elementlərini xarici istilik mənbəyi olmadan, yəni FİA-nın qadağasını pozmadan da qızdırmaq olar. Çünki bütün komandalar boksda bağlı park rejimində motoru işə sala bilərlər ki, maşının bütün daxili sistemləri qızsın.

FİA-nın adını çəkmək istəməyən nümayəndəsi bildirib ki, bu praktikanı qadağan etmək mümkün deyil: “Əgər asılqanın elementləri başqa bir sistemin daxilindədirsə, biz heç nə edə bilmərik. Nəzəri cəhətdən, onları qızdırmaq üçün hətta qazburaxma sisteminin istiliyindən də istifadə etmək olar. Biz yalnız kənardan qızdırma olarsa, müdaxilə edə bilərik”.

F-1.az bildirir ki, mahiyyətcə, buna son qoymağın yalnız bir yolu var: asılqan sisteminin bu cür konstruksiyasını qadağan etmək. Amma bunu 2018-ci ildə reallaşdırmaq üçün komandaların yekdil razılığı lazımdır, ona görə də ehtimal azdır. Amma 2019-cu il üçün belə bir qadağanın müzakirəsi artıq gündəliyə daxil edilib.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat