Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Zaur Svanadze: "Artıq 3 ildi ki, bu vəziyyətdə çıxış edirik"

Sayta qoyulub: 22:29 11.07.2017 (135 dəfə oxunub)

Zaur Svanadze: "Artıq 3 ildi ki, bu vəziyyətdə çıxış edirik"

 

“Lüksemburq klubu ilə matça ciddi hazırlaşmışıq. Onların bir komandası məşhur “Reyncers” səddini keçib. Bu səbəbdən də arxyınlaşa bilmərik”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. Sabiq “bankirlər” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburuqun “Fola” klubunu qəbul edəcək. Oyundan bir gün öncə keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis fikirlərini bildirib:

 

"Rəqibi qiymətləndirməmək səhv addım olardı. Həmişəki qaydada oyunumuza hazırlaşmışıq. Futbolçular özlərini yaxşı hiss edirlər və sabahkı oyunu səbrsizliklə gözləyirlər”.

 

- Məlum olduğu kimi, “Zirə” “Differdanj” səddini keçib. Sizcə, “Fola”nın “Differdanj”dan fərqi nədədir?

- “Fola”nın bir neçə oyununu izləmişəm və təhlillər aparmışam. “Fola” qələbə qazanmağa meyilli komandadı. Cinah və mərkəz hücumçuları yaxşı təsir bağışlayırlar. Xüsusən də, mərkəz hücumçularını fərqləndirərdim. Kifayət qədər diqqətli olmalıyıq və sübut etməliyik ki, “İnter” meydan sahibidir.

 

- Qeyd etdiniz ki, oyunçular arxayınlaşmamalıdır. Deməli, futbolçuların arxayınlaşmasından narahatsınız?

- Bəli, ehtiyatlanıram. Hər zaman güclü olan komandanın nisbətən zəif rəqib önündə arxayınlaşma ehtimalı var. Futbolçular dərk etməlidirlər ki, taleyləri öz əllərindədir. Komanda nə qədər çox uğur qazansa, yaşamaq ehtimalı o qədər də artır.

 

- “İnter Arena”dan çıxarılmağınız komandaya necə təsir edir?

- Vəziyyət hər kəsə bəllidir. Artıq 3 ildi ki, bu vəziyyətdə çıxış edirik. Komanda olaraq bu vəziyyətə alışmışıq və meydana çıxanda bütün problemləri unuduruq.

 

- Yenə “qalib heyətə toxunmazlar” prinsipinə sadiq qalacaqsınız?

- Komanda yaxşı oynayırsa və qalib gəlirsə, heyətdə dəyişikliyə ehtiyac yoxdu. 99,9 faiz heyət əvvəlki kimi olacaq. Əgər kimsə xəstələnməsə və zədələnməsə heyətdə dəyişiklik edilməyəcək.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat