Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Qurban Qurbanov: "Çox aqressiv komandaya qarşı oynadıq"

Sayta qoyulub: 21:46 11.07.2017 (69 dəfə oxunub)

Qurban Qurbanov: "Çox aqressiv komandaya qarşı oynadıq"

“Çox istəkli və çox aqressiv komandaya qarşı oynadıq. Həqiqətən də “Samtredia”dan belə gərgin oyun gözləmirdik”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda “Samtredia”ya qalib gəldikləri oyundan (5:0) sonra keçirilən mətbuat konfransında deyib.

- Rəqib hesabdan asılı olmayaraq yaxşı mübarizə apardı. Oyuna çox gərgin başladıq və ilk hissə bizim üçün ağır oldu. Amma futbolçularımız sona qədər xarakter göstərdilər və güclərini ortaya qoya bildilər. Qələbədə azarkeşlərimizin də payı oldu. Fikrimiz cavab oyununda olacaq. Aradakı vaxtda çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Səfər oyununda istənilən nəticə qeydə alına bilər”.

- Yeni transferlərin oyunundan razı qaldınız?

- Hər ikisi təcrübəli futbolçudur. Bu gün desək ki, razı qaldım, ya yox, düz çıxmaz. Bir oyunla yeni futbolçuya dəyər verə bilmərik. Mövsüm boyu eyni tempdə olmalı və nəticə vermək üçün çalışmalıdırlar. Oyun dispilinindən razı qaldım. Necə danışmışdıqsa, elə də oynadılar. Yeni futbolçuların qoşulması ilə komandamızın oyun sistemi qaldı.

- Oyunun gedişində zədə alan Rəşad Sadıqovun durumu necədir?

- Sabah, yada birigün bilinəcək. Bir az dizində ağrılar hiss elədi. Düşünürəm ki, ciddi olmaz. 1-2 günə dəqiq bəlli olacaq.

- Bu heyətlə maksimum hədəfiniz nədi?

- Biz hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Həmişə istəmişəm ki, əlimdə daha çox futbolçu olsun. Təkcə transferlərə görə yox, əlimizdə olan oyunçularla daha yaxşı nəticə əldə etməyə çalışacağıq. Çempionlar Liqasında zəif komanda yoxdu, çox ciddi turnirdi. Burda hər komanda öz ölkəsinin çempionudu. İstənilən oyunda istənilən nəticə baş verə bilər. Maksimum hədəfimizə gəlincə, Çempionlar Liqasında qrupa düşmək üçün mübarizə aparacağıq.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat